Ramil Usubovdan “qara polkovnik”in xanımının şikayəti ilə bağlı tapşırıq

15:52 | 18.07.2014
Ramil Usubovdan “qara polkovnik”in xanımının şikayəti ilə bağlı tapşırıq

Ramil Usubovdan “qara polkovnik”in xanımının şikayəti ilə bağlı tapşırıq

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində “qara polkovnik” ləqəbi ilə tanınan mərhum Fətulla Hüseynovun xanımına məxsus torpaq sahəsini ələ keçirməkdə ittiham olunan digər bir polkovnik - Asif Qubadovla bağlı istintaq başlayıb. 
Virtualaz.org məlumat verir ki, bu informasiyanı vesti.az yayıb.
Məlumatı şikayətçinin vəkili Kamandar Nəsibov da təsdiqləyib: “İnanırıq ki, özünü polkovnik kimi qələmə verən həmin şəxs və əməlləri ilə bağlı zəruri tədbirlər görüləcək”.
Bir müddət əvvəl “qara polkovnik”in xanımı üzləşdiyi haqsızlıqla bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova məktubla müraciət edərək onlardan kömək istəmişdi.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM