Ramil Usubovdan yeni təyinat

14:09 | 15.07.2014
Ramil Usubovdan yeni təyinat

Ramil Usubovdan yeni təyinat

Daxili işlər naziri Ramil Usubovun əmrilə yeni təyinat olub. ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, məlumata görə, nazirin əmrilə Xaçmaz rayon polis şöbəsinə Ədalət Abbasov rəis təyin olunub.Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ANS PRESS-in bölgə müxbirinə məlumatı təsdiqləyib. Onun verdiyi məlumata görə, yeni rəis yaxın günlərdə şəxsi heyətə təqdim olunacaq.Qeyd edək ki, Ədalət Tağı oğlu Abbasov 1963-cü ildə Tovuzun Şamlıx kəndində anadan olub. Ədalət Abbasov Ağstafa rayon polis rəisi idi. O, Ağstafa rayonunun polis rəisliyinə Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi vəzifəsindən gəlmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür