Ramiz Mehdiyev məmurlara səsləndi

14:44 | 06.02.2014
Ramiz Mehdiyev məmurlara səsləndi

Ramiz Mehdiyev məmurlara səsləndi

Prezidenti Administrasiyasının rəhbəri Facebook statusunda dövlət məmurlarını öz fəaliyyətini dəyərləndirməyə çağırıb

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət məmurlarını öz fəaliyyətini dəyərləndirməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, Ramiz Mehdiyev rəsmi Facebook səhifəsində status yazıb. Həmin statusu nəzərinizə çatdırırıq: "Cənab Prezidentin ötən gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda növbəti dəfə bəyan etdiyi mühüm prinsiplər hər bir dövlət qulluqçusu üçün başlıca həyat kredosuna çevrilməlidir. 

Cənab Prezidentin söylədiyi kimi, "Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər".

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM