“Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama

15:41 | 20.11.2017
“Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama

“Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı xalq artisti Rasim Balayevlə bağlı açıqlama yayıb.

Anews.az xəbər verir ki, qurumdan qafqazinfo-ya daxil olan açıqlamada mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, R.Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil: "O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü, eyni zamanda, katibidir,  hazırda da o vəzifəni daşıyır. Amma buna baxmayaraq, Rasim Balayevin vəziyyətinin ağır olduğu barədə xəbər tutduqdan sonra İttifaqının sədri şəxsən Şəfiqə Məmmədovanın göstərişi ilə onunla əlaqə saxlanılıb, vəziyyəti ilə maraqlanılıb. Ona "nə köməklik lazımdır edə bilərik" deyilib. Lakin xalq artisti Rasim Balayev bildirib ki, "Jurnalistlər mənim haqqımda tamamilə yalan məlumat verib. Mənim vəziyyətim əladır, heç bir köməyə ehtiyacım yoxdur"".
 
İttifaqın açıqlamasında o da qeyd edilib ki, R.Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiyasını, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır: "Bundan əlavə reklam və seriallara da çəkilir və özünün də dediyi kimi istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməkilk göstərməyə hazırıq. Şəfiqə Məmmədovanın dediyi kimi, "çünki o, Rasim Balayevdir"".

Xatırladaq ki, bu günlərdə R.Balayev "Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olubmu" sualına "Yox... istəmirəm də" deyə cavab verib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti