“Rasim Balayevsiz ki, mənə irad bildirirsiz?” - Xatirənin cavabı gecikmədi

20:25 | 03.12.2018
“Rasim Balayevsiz ki, mənə irad bildirirsiz?” - Xatirənin cavabı gecikmədi

“Rasim Balayevsiz ki, mənə irad bildirirsiz?” - Xatirənin cavabı gecikmədi

Hörmətli Məlahət Abbasova, əgər məni tanımırsızsa, siz hardan bilirsiz ki, mən yaxşı oxuyuram? Bəlkə səsim yoxdur? Nə Azərbaycanda, nə də Türkiyədə bir iz qoymusuz". 
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam instaqramın canlı yayımına qoşularkən deyib. O, "Kelebek"dəki paltarını tənqid edən əməkdar artist Məlahət Abbasovaya sərt cavab verib. Sənətçi aktrisanın təkcə qalmaqallarla gündəmdə qaldığını bildirib:
"Keçən ilədək sizi tanımırdım. Keçən il müğənnilərimizdən birinə belə söz atdız. Ondan sonra sizi tanımışam. Birincisi həmin tədbirdə məndən başqa müğənnilər də qatılıb.  Məndən də açıq-saçıq geyinənlər olub. Əcəb edib geyiniblər. Onların şəxsi işidir. Onlar arasında niyə mənə qarşı belə rəy yazmısız? Deməli, sizin mənlə qərəziniz var.

Düşünürəm ki, siz düz edib Türkiyəyə getmisiz. Azərbaycanda qalıb sənətkar olmaq çətindir. Burada Rasim Balayev, Məleykə Əsədova var. Siz onlar olan yerdə nə edə bilərdiz? Siz Rasim Balayevsiz ki, mənə irad bildirirsiz? Xahiş edirəm, dinləmədiyiniz müğənni haqqında rəy yazmayın. Məni tanımırsız? Məni şəhid anaları, Lələtəpədə vuruşan oğlanlar, xəstəxanada ehtiyacı olan insanlar tanısın". 
Xatırladaq ki, M. Abbasova instaqramda Xatirənin paltarı barədə "Müğənni olaraq onu dinləməmişəm. Yəqin ki, yaxşı oxuyur. Amma kaş bədəninə uyğun geyim seçərdi" rəy yazmışdı. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti