Rayon avtomobilləri ilə bağlı qadağa dəyişildi

11:00 | 17.09.2015
Rayon avtomobilləri ilə bağlı qadağa dəyişildi

Rayon avtomobilləri ilə bağlı qadağa dəyişildi

Yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair fərqli qrafik müəyyənləşdirilib.

ANS PRESS-in Avtosfer.az saytına istinadla veriyi məlumata görə,Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, yük və rayon qeydiyyatında olan minik avtomobilləri axşam saat 22:00-dan səhər saat 7:00-a qədər şəhərə daxil ola biləcəklər.

Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.

Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil ediləcək.

Bir neçə gün əvvəl isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağı ilə bağlı qərar qəbul edib.

Rayonlardan Bakıya daxil olan bütün yollarda polis postları qurulub. Həmin postlarda olan polis əməkdaşları rayonlardan gələn sürücüləri Bakının iki əsas girişində qurulan pulsuz avtodayanacaqlara yönləndirirlər. Bu avtodayanacaqlardan biri Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və "VAZ yol qovşağı” adlanan sahədə, ikincisi isə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığında yaradılıb.

Şimal istiqamətindən daxil olan sürücülər "VAZ yol qovşağı” dayanacağında avtomobillərini saxladıqdan sonra onların şəhərə gediş gəlişini təmin etmək üçün 135, 199 və 203 saylı pulsuz avtobus xətləri yaradılıb ki, bu avtobuslar vasitəsi ilə rayonlardan gələn sakinlər "20 yanvar” metro stansiyasına çatdırılacaq.

Bu lahiyə ilk dəfə Birinci Avropa Oyunları zamanı tətbiq edilməyə başlanmışdı. Oyunlara görə, iyunun 1-dən 30-dək rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə qadağa qoyulmuşdu.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM