Rayon maşınlarına qadağa

16:52 | 03.04.2017
Rayon maşınlarına qadağa

Rayon maşınlarına qadağa

"IV İslam Həmrəyliyi Oyunları zamanı regionlardakı nəqliyyat vasitələrinin müəyyən müddətlərdə Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər tətbiq olunacaq".
 
APA-nın xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, zolaqlardan kənarda, xüsusilə də şəhərin mərkəzi hissələrində nəqliyyat vasitələrinin hərəkətinə hər hansı bir məhdudiyyət hələlik nəzərdə tutulmayıb.


K. Əliyev qeyd edib ki, qadağan olunmuş zolağa daxil olmaya görə cərimələr qanunvericiliyə uyğun olaraq 40 manat miqdarında nəzərdə tutulub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM