• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? — AÇIQLAMA

Rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? — AÇIQLAMA
01.06.2020 23:41
Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda bir çox karantin məhdudiyyətləri aradan götürülüb. Paytaxtda və eləcə də rayonlarda  həyat artıq normal qaydada davam edir. Ancaq Bakı ilə rayonlar, o cümlədən Naxçıvan arasında  gediş-gəliş hələ də bərpa olunmayıb.
 
Azərbaycanda əhalinin mühüm bir hissəsinin Bakı və ətraf qəsəbələrdə cəmləşdiyi məlumdur. Həmçinin, tibb ocaqları və digər xidmət, istehsal sahələri Bakı və ətrafında yerləşdiyi üçün müəyyən şərtlərlə  regionların Bakı ilə mütəmadi əlaqələri olub. Lakin hazırda yay qapını döyür və bu səbəblə rayonlara getmək istəyənlərin də sayı artıb. Kütlənin böyük bir hissəsini Bakı ilə rayonlar arasında gediş-gəlişin bərpa olunmasını dörd gözlə gözləyir.
 
Hətta ötən gün Naxçıvanla bağlı məsələ Milli Məclisdə qaldırılıb. Çünki karantindən əvvəl Naxçıvana gedən əhalinin bir hissəsi hələ də qayıda bilmir. Bildirək ki, digər ölkələrdə, xüsusən də qonşu ölkələrdə artıq bu məhdudiyyət götürülür.
 
Maraqlıdır, bölgələrə gediş-gəliş qadağası ölkəmizdə niyə götürülmür? Bu məhdudiyyətin davam etməsi nə qədər vacibdir? Gizli şəkildə bu qadağanı pozanlar yoxdurmu?
 
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, hazırda baş verən proseslər izlənilməli və ona uyğun addım atılmalıdır:
 
"Bu məsələ  Operativ Qərargahın tövsiyyələri əsasında həll olunacaq bir məsələdir. Ona görə də düşünürəm ki, prosesi izləyib ona uyğun addım atılmalıdır. Sadəcə olaraq  bir nüansa diqqət çəkmək lazımdır ki, əgər bu gün kimsə  bunu şəxsi avtomobili ilə həyata keçirirsə, proses niyə də dövlət səviyyəsində baş tutmasın? Hesab edirəm ki, karantin şərtlərini pozmadan müəyyən addımlar atmaq olar. Avtovağzaldan avtovağzala vətəndaşları daşımaq mümkündür.
 
Bölgələrə getmək üçün artıq avtobusları işə salmaq olar. Bakı şəhərində avtobus və metro işləyirsə, Bakıdan Qubaya niyə avtobus işləməsin? Bunun nə kimi mühüm əhəmiyyəti var? Sadəcə, müəyyən şərt tətbiq olunmalıdır. Arada bir oturacaq boş buraxılmalı və yanaşı olan oturacaqlarda sadəcə bir nəfər oturmalıdır. Onsuz da hamıya məlumdur ki, rayonlara oğurluq yolla gedib-gələnlər var. Taksi fəaliyyəti mövcuddur. Fikrimcə, 2 həftəyə karantin rejimi çərçivəsində məsələyə aydınlıq gətiriləcək. Gətirilməsi də arzu olunandır”.
 
Ekspert Naxçıvanla bağlı məsələyə də toxunub: "Burada vəziyyət bir qədər fərqlidir. Çünki Naxçıvan  digər bölgələrlə quru yolu ilə birbaşa bağlı deyil. Bu səbəblə müəyyən problemlər yaşanır. Naxçıvanla yeganə əlaqə imkanı hava yoludur. Yəqin ki, əhalinin rahatlığı üçün bunu Milli Məclisdə qaldırılan məsələ üzərinə həll edəcəklər. Mən də məsələnin tez zamanda həllini tapmasını istəyərdim. Çünki Naxçıvanın iqtisadi imkanları o qədər də geniş deyil.Hazırda orada da çətin dövr yaşanır”. (Yenisabah)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yekaterinburqda öldürülən Səfərov qardaşlarının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir - Yenilənib
Cəmiyyət 22:25
Yekaterinburqda öldürülən Səfərov qardaşlarının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir - Yenilənib
İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi cinayətlərin Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırıldığı açıqlanıb - MƏHKƏMƏ
Cəmiyyət 22:00
İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi cinayətlərin Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırıldığı açıqlanıb - MƏHKƏMƏ
Bayram günlərində bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 19:05
Bayram günlərində bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Cəmiyyət 18:30
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilib- RƏSMİ/Yenilənib
Cəmiyyət 18:00
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilib- RƏSMİ/Yenilənib
AQTA Rusiyadan gətirilən 639 ton soğanı məhv edib - Səbəb
Cəmiyyət 17:27
AQTA Rusiyadan gətirilən 639 ton soğanı məhv edib - Səbəb
Qeyri-iş günlərində qatarla daşınan sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 17:12
Qeyri-iş günlərində qatarla daşınan sərnişinlərin sayı açıqlanıb
İyulda havanın temperaturu necə olacaq? - Proqnoz
Cəmiyyət 16:28
İyulda havanın temperaturu necə olacaq? - Proqnoz
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Cəmiyyət 15:31
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol