• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

“Çox əsəbi idim, məşqçi məni yox, Rafinyanı seçdi” – Pedro

“Çox əsəbi idim, məşqçi məni yox, Rafinyanı seçdi” – Pedro
12.08.2015 16:20
UEFA superkubokunun "Sevilya”ya qarşı keçirilən oyunda (5:4) komandasının qələbə qolunu vuran Pedro Rodriges jurnalistlərin suallarını cavablandırıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Pedro bildirib ki, onun barəsində Kataloniya klubunun direktoru Robert Fernandesin müəyyən fikirlər söyləməsinə baxmayaraq, "Barselona”dan getmək istəmir.

– Robert uğursuz bəyanat verib. O, mənim "Barselona”da nələr yaşadığımı bilmir. Bilsəydi belə sözlər deməzdi. Mən klubumuzun prezidenti və digər insanlarla danışmışam. Bilirəm ki, həmişə "Barselona”da olmuşam və olacam. Ona görə də başqa adamlar bu haqda danışmasalar yaxşıdır.

- Deyəsən, bu gün elə də sevincli deyilsiniz.

– Bu gün qol vurdum. Amma bu, bütün komandanın əməyidir. Yeni qələbə, mükafat qazanmağımıza görə şadam. Belə sevinc hisləri keçirmək əladır.

- Amma əsas heyətdə oynamamaq insana ağır gəlir, elə deyilmi?

– Bu, çətin vəziyyətdir. İlk dəqiqədən oynaya bilmədiyimə görə çox əsəbi idim. Amma həmişə olduğu kimi, belə məqamda peşəkar kimi davranmağa çalışdım. Neymar oynamadığı üçün bu qarşılaşmada əsas heyətə düşmək şansım çox idi. Amma məşqçi məni yox, Rafinyanı seçdi.

- Siz "Barselona”dan getmək istəyirsiniz, ya yox?

– Yox! Amma... Bu məsələdə söhbət iddia olunduğu kimi, puldan getmir. Bu, əsas heyətdə sabit çıxış etməməyimlə əlaqədardır. Mən iddialı oyunçuyam. Getsəm də, qalsam da, "Barselona” həmişə mənim ürəyimdədir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol