• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

ABŞ ilə əməkdaşlıqdan imtina edən FIFA üzvlərini istefa gözləyir

ABŞ ilə əməkdaşlıqdan imtina edən FIFA üzvlərini istefa gözləyir
14.08.2015 22:36
Beynəlxalq Futbol Federasiyası (FIFA) İcraiyyə Komitəsinin üzvləri korrupsiya qalmaqalı işi ilə bağlı amerikalı hüquqşünaslarla əməkdaşlıqdan imtina edəcəkləri təqdirdə onları qurumdan kənarlaşdırma gözləyir. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ-ın "The Wall Street Journal” nəşrində yer alıb.

Prosesə yaxın olan iki mənbənin məlumatına görə, əməkdaşlıqdan imtina saxlanılan FIFA məmurlarına münasibətdə araşdırmanın sərtləşdirilməsi təhlükəsini də labüd edir. "Quinn Emanuel Urquhart and Sullivan” hüquq şirkəti FIFA-nın 10-dək keçmiş və fəaliyyətdə olan yüksək vəzifəli məmurunun ifadəsini almaqla və on ildən çox tarixi olan sənədləri və elektron məlumatları öyrənməklə, görünməmiş addımlar atmağı planlaşdırır.

Vəkillərin ifadə almaq üçün müraciət etməyi nəzərdə tutduqları adamlar arasında FIFA prezidenti vəzifəsinə iki namizədin – Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) başçısı Mişel Platininin və FIFA-nın fəxri vitse-prezidenti Çon Moncunun adları çəkilir. Artıq onların ikisi də araşdırma aparan orqanlara tam dəstək göstərəcəklərinə hazır olduqlarını bəyan ediblər.

ABŞ prokuroru Loretta Linç may ayında bildirib ki, daha bir neçə məmura ittiham irəli sürülə bilər. Mənbələrin məlumatına görə, FIFA istintaqla əməkdaşlıq etməklə, qurumun bu prosesdə əsas ittiham edilən tərəf olmayacağına ümid bəsləyir.

Mayın sonunda FIFA tarixində ən böyük qalmaqal yaşanıb. Qurumun korrupsiyada şübhəli bilinən yeddi yüksək vəzifəli məmuru Sürixdə saxlanılıb. Ümumən 14 sabiq və fəaliyyətdə olan futbol məmuruna ittihamlar irəli sürülüb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, onlar 24 il ərzində təqribən 150 milyon məbləğində rüşvət alıblar.

Yozef Blatter mayın 29-da FIFA-nın konqresində növbəti müddətə qurumun başçısı seçilib. Amma korrupsiya qalmaqalları fonunda dörd gün sonra istefaya getdiyini elan edib. FIFA-nın İcraiyyə Komitəsi iyulun 20-də qərara alıb ki, qurumun yeni prezidentinin seçkiləri 2016-cı il fevralın 26-da keçiriləcək.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol