• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Zabit Səmədov Ramzan Kadırovla döyüşdü VİDEO

Zabit Səmədov Ramzan Kadırovla döyüşdü – VİDEO
17.08.2015 14:47
"O, idman aləmində layiqli yer tutub”.

Azərbaycan döyüşçüsü, K-1 ustası Zabit Səmədov Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla sparrinq-döyüş keçirib. 

Z.Səmədov "Report"a bildirib ki, bu yoxlama döyüşü onun Çeçenistanın paytaxtı Qroznıya səfəri zaman baş tutub. Onun sözlərinə görə, döyüş Çeçenistan rəhbərinin iqamətgahında baş tutub.

Döyüşdən sonra Ramzan Kadırov öz təəssüratlarını bölüşüb: 

"Bazar axşamı mən məşhur dünya kikboksçusu, əziz qardaşım Zabit Səmədovla rinqdə görüşdüm. Biz qardaşcasına sparrinq keçirdik. Boks 4 raund davam etdi. Zabit əla reaksiyaya malikdir, gözəl müdafiə olunur, hücum döyüşünü sevir. Biz bir-birimizə bir sıra zərbələr vurduq. Zabit Səmədovla bir rinqdə olmaq mənim üçün böyük şərəfdir. O, idman aləmində layiqli yer tutub, böyük əmək, güclü iradə və məqsədyönlü olması sayəsində nəticələr əldə edib və tanınıb. Belə bir usta ilə güləşmək istənilən boksçu üçün yaxşı ustad dərsidir”.

Xatırladaq ki, Zabit Səmədov Qroznı şəhərində avqustun 22-də keçiriləcək turnirin əsas döyüşlərindən birinə çıxacaq. Azərbaycanlı idmançının rəqibi təcrübəli bosniyalı döyüşçü Dzevad Poturak olacaq. Turnir Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun nəzarəti altında keçiriləcək. 

"Mauqli”  ləqəbli Zabit Səmədov dünyada peşəkar rinqdə 9 ardıcıl qələbə ilə yadda qalıb. Onun ən böyük uğurları sırasında bir neçə K-1 yarışlarının iştirakçısı, qara kəmər sahibi Makoto Uexara, Türkiyənin yerli idmançısı Mert Akın, Dubayda keçirilən "Global Fighting Championship 3" turnirində Stiv Makkinnon və Konqo-Almaniya əsilli Danyo İlunqa üzərində qələbələri olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
09:31
"Qarabağ" klubu Hollandiya mətbuatında
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
09:15
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
“Bakı 2015” biletini necə əldə etmək olar?
06:59
“Bakı 2015” biletini necə əldə etmək olar?
Həftənin ən gözəl qolları - VİDEO
06:46
Həftənin ən gözəl qolları - VİDEO
“Qarabağ” uduzdu
06:45
“Qarabağ” uduzdu
Zabit Səmədov məşhur idmançı ilə döyüşə çıxacaq - VİDEO
06:43
Zabit Səmədov məşhur idmançı ilə döyüşə çıxacaq - VİDEO
Nurlan Novruzov:
06:42
Nurlan Novruzov: "Bizə hambal kimi niyə baxırlar?"
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları - SİYAHI
06:41
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları - SİYAHI
Riçard Almeydanın mükəmməl qolu - Video
06:40
Riçard Almeydanın mükəmməl qolu - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol