• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

İçəridən baxış: İmperiya hərbi muzeyi REPORTAJ

İçəridən baxış: İmperiya hərbi muzeyi – REPORTAJ
24.08.2015 15:21
Rüstəm Qasımov

İmperiya hərbi muzeyi (ing. Imperial War Museum) Dumanlı Albionun paytaxtında yerləşir. Bu gün biz sizinlə tarixin müəyyən bir parçasını saxlalayan eksponatların sərgiləndiyi hərbi texnika muzeyinə baş çəkəcəyik. 
 



Muzey hərgi kolleksiya eksponatlarının sərgiləndiyi möhtəşəm 5 mərtəbəli binada yerləşir, kolleksiyalara 20-ci əsrdən etibarən Birləşmiş Krallığın, Britaniya imperiyasının və Müttəfiqlərinin iştirak etdiyi yürüşlər zamanı mövcud olan hərbi hərbi texnika, silahlar, hərbi dövrlərdəki əşyalar, şəxsi kitabxana, foto arxiv, hərbi münaqişələrə həsr olunmuş rəsm kolleksiyaları daxildir. 
 


Muzeyin içərisinə girən kimi, insanı təkcə sərgilənən eksponatlar deyil, muzeyin özünün orijinal dizaynı da heyran edir. Məsələn, tavandan hərbi təyyarələr asılıb. Muzeyin dizaynerlərinin ideyası çox orijinaldır, ancaq tavanın altında duranda qorxu hissi keçirirsən, düzdü, helikopterlər möhkəm polad troslardan asılıb, amma qorxursan ki, birdən başına düşərlər. 
 








Muzeyin birinci mərtəbəsində yerləşdirilən raket də çox heyrətamizdir. 
 


Hər bir eksponatın yanında monitorlar quraşdırılıb, onların vasitəsiylə eksponatlar haqqında ətraflı məlumat almaq mümkündür.
 


Yeri gəlmişkən, muzeyə giriş sərbəstdir, ancaq ürəyiniz istəsə, xüsusi qutuya xeyriyyə məqsədiylə pul ata bilərsiniz. 
 


Muzey beş mərtəbədən ibarətdir, zirzəmi sığınacağını xatırladan ilk mərtəbə cədvəldə "0” kimi qeyd edilib. Muzey nə qədər böyük olsa da, azmaq mümkün deyil, içəridə yol göstərən çox sayda işarələr var. Ziyarətçilərin rahatlığı üçün binada liftlər quraşdırılıb. 
 


İlk mərtəbədə diqqətimi ilk cəlb edən KİV maşını oldu, ona baxanda başa düşürsən ki, hərbi şərtlərdə o çox ziyan çəkib. 
 


Başqa bir avtomobil isə daha ağlamalı vəziyyətdəydi, o ilk baxışda lazımsı metallomu xatırlatsa da, muzey üçün qiymətli eksponatdır.
 


İlk mərtəbədə tanklarla və güllələrlə tanış olmaq mümkündür. Ancaq gəzintimizi davam etdirməzdən əvvəl gəlin İmperiya hərbi muzeyinin tarixinə ekskursiya edək. 
 



Birinci Dünya Müharibəsinin qızğın çağında, 1917-ci ilin yazında britan hökuməti Milli hərbi muzeyin yaradılmasına qərar verir və bunun üçün eksponat toplamağa başlayır. Yaradılan xüsusi komissiya Böyük Britaniyanın müharibədə iştirakını əks etdirən materialları toplamağa başladı, eksponatlar ordu, flot, silah və hərbi sürsat istehsalı, arxa cəbhədə qadın əməyi kimi sahələri əhatə edirdi. 1917-ci ilin dekabrında muzeyin adı "İmperiya Hərbi Muzeyi” kimi dəyişdirildi, Britaniya kralı V Georq 9 iyun 1920-ci ildə onun açılışında iştirak etdi.  

1924-cü ildə muzey Cənubi Kensinqtondakı İmperiya institutunun binasına köçürüldü. Bu bina şəhərin mərkəzində, digər muzeylərin qonşuluğunda yerləşirdi, ancaq bina dar idi, kolleksiyaların hamısı yerləşdirmək olmurdu. 

Və nəhayət, 1936-cı ildə muzey üçün uyğun bina tapıldı, o, Temza çayı yaxınlığındakı Kraliça xəstəxanasının keçmiş binasına köçdü. Tikilini əvvəlcə dağıtmaq və yerində park salmaq planlaşdırılırdı, ancaq muzeyin buraya köçürülməsiylə, tarixi bina dağıdılmaqdan xilas oldu.
 


1939-cu ildə İkinci Dünya Müharibəsinin başlamasıyla muzey ona həsr olunan eksponatlar toplamağa başladı. 1940-cı ildə muzey bağlandı, 31 yanvar 1941-ci ildə isə alman bombardmançı təyyarələri Londonu bombalayarkən muzey binasına ciddi ziyan dəydi, kolleksiyaların bir qismi ciddi zədələndi. Muzey ekspozisiyaya 1946-cı ildə etibarən hissələrlə açıldı. 

Hazırda muzeydə Birinci Dünya Müharibəsindən etibarən mövcud olan müharibələr barədə geniş kolleksiyalar nümayiş etdirir. Çox sayda tematik ekspozisiya müxtəlif ölkələrdəki hərbi münaqişələrə həsr olunub. Muzeyin məqsədi ziyarətçilərə təkcə hərbi texnika və silah-sursat nümayiş etdirmək deyil, həmçinin müasir müharibəninin nə olduğunu və onun şəxsiyyətə, cəmiyyətə necə təsir etdiyini anlatmaqdır. 
 


Buna görə də muzeyin uzun və ağrılı tarixçəsi var, çünki o da müharibə nəticəsində ciddi ziyan çəkib. 

Muzey həmçinin şagirdlər üçün gözəl dərs vəsaitləri təqdim edir, onlar muzeydəki geniş imkanlardan yararlanaraq çoxlu faydalı məlumatlar əldə edə bilərlər. 
Muzeydə real hərbi texnikanın surətləri nümayiş olunur, buna görə də onlar haqqında hətta ən xırda detallara qədər informasiya əldə etmək olur. 
 


Muzeydə bəzi vacib eksponatlar xarici faktorlardan mühafizə edilmək üçün şüşə arxasında nümayiş olunur. 

Hərbi gəmilər və qayıqlar, həm maketlər, həm də real eksponatlar çox maraqlı görünürlər. 
 
Bir daha muzeyin dizaynını qeyd etmək istəyirəm. Məsələn, ön hissəsi havada nümayiş olunan maşın çox orijinal görünür. 
 








Muzeyin kolleksiyalarına həm odlu, həm də soyuq silahlar daxildir. 
 



Bundan başqa, müəyyən müddətdən bir muzeydə hərbi mövzuda müxtəlif sərgilər keçirilir. Muzeyin ekspozisiyaları tez-tez yenilənir, yeni kolleksiyalar əlavə olunur. Xüsusi zallarda hərbi dövrlərdə insanların necə yaşadığını əks etdirmək üçün real şərait yaradılıb. Havadan bombardmanın və raketatıcıların səsini eşitmək olur. Bunun üçün qeyri-adi akustikası olan xüsusi cihazlara oturmaq lazımdır. Balaca monitorlardan başqa, muzeydə böyük monitorlar da var ki, vacib və maraqlı tarixi faktlar barədə məlumatlar verir. 
 


Bir sözlə, Londonda olsanız, mütləq İmperiya Hərbi Muzeyinə baş çəkin, orada çox maraqlı vaxt keçirəcəksiniz. Bütün kolleksiyalara baxmaq üçün sizə yarım gün lazım olacaq. Əgər aclıq hiss eləsəniz, Londonun bütün muzeylərində olduğu kimi bu muzeydə də kafeyə baş çəkə bilə, istirahət edə və yeni ziyarətlər üçün qüvvə toplaya bilərsiniz. 

Mədəniyyət, elm, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az portalı oxucularını təkcə ölkəiçi deyil, həmçinin xaricdə baş verən mədəni hadisələr və məkanlarla tanış etməkdə davam edir. 

Xoş seyrlər: 
 





































www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
09:26
Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
08:54
Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
07:23
"Mühacir olmamağa qərarlıydım..." - MÜSAHİBƏ
Oskarın “ən yaxşı xarici film” nominasiyasını alan 39 FİLM+SİYAHI
16:30
Oskarın “ən yaxşı xarici film” nominasiyasını alan 39 FİLM+SİYAHI
Svetlana Aleksieviç:  Nobelə gedən yol
20:13
Svetlana Aleksieviç: Nobelə gedən yol
Natella Osmanlı: “Təəccüblü olsa da, kişilərə qadın nəsri maraqlıdır” – MÜSAHİBƏ
18:39
Natella Osmanlı: “Təəccüblü olsa da, kişilərə qadın nəsri maraqlıdır”MÜSAHİBƏ
Azərbaycanda beynəlxalq yaradıcılıq mükafatı veriləcək - ADAMİ
14:58
Azərbaycanda beynəlxalq yaradıcılıq mükafatı veriləcək - ADAMİ
12:45
"Azərbaycan mənim üçün nağılların baş verdiyi sehrli bir məkan idi" - MÜSAHİBƏ
İçəridən baxış: İmperiya hərbi muzeyi – REPORTAJ
15:21
İçəridən baxış: İmperiya hərbi muzeyi REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol