• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

“Qarabağ - “Young Boys”: biletlər satışdadır

“Qarabağ - “Young Boys”: biletlər satışdadır
25.08.2015 11:22
Avqustun 25-də səhər 10:00-dan Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ” (Azərbaycan) – "Young Boys” (İsveçrə) qarşılaşmasının biletləri satışa çıxarılır. Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 AZN arasında dəyişir. 

Xəbəri "Qarabağ” futbol komandasını saytı yayıb. 

Qarşılaşmaya böyük maraq səbəbindən "işbaz”ların qeyri-leqal fəaliyyətinin qarşısını almaq üçün "Qarabağ” FK vətəndaşlardan xahiş edir ki, yeganə satış məntəqəsindən, Tofiq Bəhramov adına mərkəzi arenanın kassalarından holoqramlı bilet alsınlar. "Kassadan bilet almaqla həm qənaət edib, həm də qeyri-qanuni alverin qarşısını almaqla vətəndaş mövqeyini sərgiləmiş olacaqsız,” xəbərdə deyilir.

Qarşılaşma avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da baş tutacaq. İlk qarşılaşmada "Qarabağ” səfər oyununda "Young Boys”a 1:0 hesabı ilə qalib gəlmişdi.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu idmançının ayaqqabıları 412 min dollara satıldı - FOTO
12:47
Bu idmançının ayaqqabıları 412 min dollara satıldı - FOTO
“Qarabağ - “Young Boys”: biletlər satışdadır
11:22
“Qarabağ - “Young Boys”: biletlər satışdadır
Blatterlə bağlı yeni iddia: İrina Şeykla sevgili olub? - FOTO
14:36
Blatterlə bağlı yeni iddia: İrina Şeykla sevgili olub? - FOTO
​İran prezidenti
15:08
​İran prezidenti "Tarktorsazi" ilə bağlı açıqlama verdi
13:43
"Ayntraхt"ın qapıçısı Bakıdakı yanğına şeir yazdı - FOTO
Finalda qəribə hadisə -
11:00
Finalda qəribə hadisə - "Traktorsazi"yə yalan məlumat verilib
Azərbaycanlı idmançılarla ermənilər arasında dava - VİDEO
15:46
Azərbaycanlı idmançılarla ermənilər arasında dava - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol