Hansı partiya nə vaxt dövlət qeydiyyatına alınıb? - SİYAHI
Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatına alınması Ədliyyə Nazirliyinin səlahiyyətindədir. Siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır. Hazırda ölkədə 55 partiya dövlət qeydiyyatındadır.
1992-ci il iyunun 3-də siyasi partiyalar qanunu qəbul ediləndən bəri ən çox partiyanın dövlət qeydiyyatına alındığı il həmin il olub. 1992-ci ildə 10 partiya dövlət qeydiyyatına götürülüb.
Transparency.az bildirir ki, 1993-ci ildə 8, 1994-cü ildə 5, 1995-ci ildə 7, 1998-ci ildə 3, 1999-cu ildə 3, 2000-ci ildə 2, 2002-ci ildə 4, 2005-ci ildə 7, 2007-ci ildə 2, 2008-ci ildə 1, 2009-cu ildə 1, 2011-ci ildə 1 partiya dövlət qeydiyyatına alınıb.
2011-ci ildən sonra Azərbaycanda heç bir partiya qeydiyyata alınmayıb. Transparency.az MSK-ya istinadla siyasi partiyaların dövlət qeydiyyatına alınma tarixlərini təqdim edir:
1. Azərbaycan Milli İstiqlal Partiyası — 17.07.1992
2. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası — 24.07.1992
3. Azərbaycan Xalq Demokratik Partiyası — 11.08.1992
4. Ana Vətən Partiyası — 11.08.1992
5. Milli Demokrat İdrak Partiyası — 11.08.1992
6. Azərbaycan Kəndli Partiyası — 23.09.1992
7. Vətəndaş Həmrəyliyi Partiyası — 03.11.1992
8. Müsavat Partiyası — 08.12.1992
9. Birlik Partiyası — 18.12.1992
10. Yeni Azərbaycan Partiyası — 18.12.1992
11. Vahid Azərbaycan Milli Birlik Partiyası — 13.01.1993
12. Vahid Azərbaycan Partiyası — 13.01.1993
13. Demokratik Azərbaycan Dünyası Partiyası — 10.02.1993
14. Müstəqil Azərbaycan Partiyası — 10.02.1993
15. Milli Qurtuluş Partiyası — 03.03.1993
16. Azərbaycan Yurddaş Partiyası — 12.03.1993
17. Azərbaycan Ümid Partiyası — 05.05.1993
18. Qorqud Partiyası — 10.11.1993
19. Azərbaycan Milli Hərəkat Partiyası — 02.03.1994
20. Azərbaycan Kommunist Partiyası — 02.03.1994
21. Azərbaycan Milli Dövlətçilik Partiyası — 12.10.1994
22. Azərbaycan Vətənpərvərlər Partiyası — 12.10.1994
23. Azərbaycan Demokratik Sahibkarlar Partiyası — 17.05.1994
24. Azərbaycan Naminə Alyans Partiyası — 22.06.1995
25. Azərbaycan Demokratik Maarifçilik Partiyası — 04.08.1995
26. Azərbaycan Sosial Rifah Partiyası — 04.08.1995
27. Azərbaycan Liberal Partiyası — 14.08.1995
28. Azərbaycan Sosial Demokrat Partiyası — 01.09.1995
29. Azərbaycan Xalq Cəbhəsi Partiyası — 01.09.1995
30. Azərbaycan Vahid Kommunist Partiyası — 19.09.1995
31. Sosial Ədalət Partiyası — 11.12.1998
32. Milli Konqres Partiyası — 11.12.1998
33. Vəhdət Partiyası — 11.12.1998
34. Azərbaycan Respublikaçılar Partiyası — 09.07.1999
35. Azərbaycan Xalq Partiyası — 09.07.1999
36. Azərbaycan Liberal Demokrat Partiyası — 09.07.1999
37. Azərbaycan Demokrat Partiyası — 03.02.2000
38. Azərbaycan Mübarizləri Partiyası — 27.05.2000
39. Ədalət Partiyası — 08.05.2002
40. Milli Vəhdət Partiyası — 08.05.2002
41. Müasir Müsavat Partiyası — 08.05.2002
42. Azərbaycan Azad Respublikaçılar Partiyası — 08.05.2002
43. Böyük Quruluş Partiyası — 12.08.2005
44. Azadlıq Partiyası — 12.08.2005
45. Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası — 12.08.2005
46. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası — 12.08.2005
47. Azərbaycan Tərəqqi Partiyası — 12.08.2005
48. Böyük Azərbaycan Partiyası — 12.08.2005
49. Azərbaycan Təkamül Partiyası — 12.08.2005
50. Vətəndaş Birliyi Partiyası — 12.08.2005
51. Klassik Xalq Cəbhəsi Partiyası — 31.01.2007
52. Vətəndaş və İnkişaf Partiyası — 10.08.2007
53. Azərbaycan Milli Demokrat Partiyası — 24.12.2008
54. Aydınlar Partiyası — 19.11.2009
55. Milli Dirçəliş Hərəkatı Partiyası — 31.05.2011.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox