• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi

Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi
01.09.2015 18:35
İclasda 2016-cı ilin büdcə layihəsi müzakirə olunub

Sentyabrın 1-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.

ANN.Az-ın "AZƏRTAC"a istinadən verdiyi xəbərə görə, iclası giriş sözü ilə açan baş nazir bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlü olması əsas götürülərək, respublika əhalisinin maddi rifahının daim yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.
 
Sonra maliyyə naziri Samir Şərifov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.
 
Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusunun prezidentə təqdim edilməsi barədə qərar qəbul olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Marqvelaşvili:
12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
10:31
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
Milli Məclisə
10:14
Milli Məclisə "əlvida" deyən deputatlar - SİYAHI
Azərbaycan ordusunun döyüş hazırlığı  - FOTOLAR
10:14
Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır  - FOTO
09:57
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır - FOTO
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
09:37
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
09:29
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
09:10
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol