• $
  • £

2025-ci il dünya üçün çətin il oldu - Deputat

2025-ci il dünya üçün çətin il oldu - Deputat
30.12.2025 11:18

2025-ci il dünyada hərbi-siyasi böhranlar və iqtisadi sınaqlar ili olub.  Bunu dekabrın 30-da Milli Məclisdə deputat Zahid Oruc bildirib.

"Yaxın Şərqdə baş verən toqquşmalar nəticəsində 70 mindən çox insan həyatını itirib. Rusiya-Ukrayna müharibəsi dördüncü ilini tamamlayır və artıq regional deyil, qlobal münaqişəyə çevrilib. İsrail və İran arasındakı 40 illik soyuq müharibə isə qısa müddətli hərbi toqquşmalar mərhələsinə keçib", - o bildirib. 

Oruc qeyd edib ki, dünya enerji bazarları qeyri-sabit olub və bir çox dövlət suverenliklərini itirib. “2025-ci il göstərdi ki, köhnə beynəlxalq qaydalar artıq işləmir, yeniləri isə hələ formalaşmayıb,” – deputat vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan dövləti prezident İlham Əliyevin liderliyi ilə 145 rəsmi görüş keçirib, 25 beynəlxalq platformada çıxış edib və çoxsaylı strateji sənədlər imzalayıb. Xarici siyasət 50-dən çox ölkə və beynəlxalq təşkilatı, dörd qitəni əhatə edib, ABŞ, Çin, Avropa İttifaqı, Türkiyə, Pakistan, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri ilə dialoq aparılıb.

Orucun sözlərinə görə, Azad Şuşa yalnız mədəniyyət mərkəzi deyil, siyasi paytaxt və dövlət başçılarının ziyarət etdiyi ünvan olub. İrəvana gedən yol açılıb, Minsk qrupunun ləğvi ilə işğal üzərində qurulan ədalətsiz geosiyasi mexanizm tarixi olub.

Deputat əlavə edib ki, Azərbaycan milli maraqlarını qoruyub, regionda balansı saxlayıb və Türk dünyasında siyasi gündəliyi müəyyən edən əsas dövlətə çevrilib. Qələbənin legitimliyi ABŞ-da tanınıb və bu, ölkənin siyasi tarixində mühüm nailiyyət sayılır.

Zahid Oruc bildirib ki, gələcəkdə faciə və soyqırımlar tarixi olacaq, nəsillərarası qorxular keçmişdə qalacaq, yeni nəsil bütöv Vətənin övladları kimi milli kimlik qazanacaq. O, həmçinin qeyd edib ki, inflyasiya və regionlar arasında inkişaf fərqləri qalır, lakin prezident İlham Əliyev vətəndaşları layiqli rifaha qovuşdurmağa qadirdir.

Deputat vurğulayıb ki, Azərbaycan növbəti ilə bütövlük və suverenlik şəraitində daxil olur və Ali Baş Komandanın məqsədi Cənubi Qafqazda davamlı sülh yaratmaq, gələcək nəsillərə müharibəsiz, qorxusuz və bütöv Vətən miras qoymaqdır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib
Siyasət 22:02
Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Siyasət 12:38
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident Naxçıvan yolları ilə bağlı sərəncam imzalayıb
Siyasət 10:21
Prezident Naxçıvan yolları ilə bağlı sərəncam imzalayıb
Prezident sərəncam imzalayıb
Siyasət 10:12
Prezident sərəncam imzalayıb
İlham Əliyev Naxçıvan üçün yeni Sərəncam imzalayacağını açıqlayıb
Siyasət 23:00
İlham Əliyev Naxçıvan üçün yeni Sərəncam imzalayacağını açıqlayıb
Prezidentin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 22:58
Prezidentin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Zəngəzur dəhlizinin regional əhəmiyyətini açıqlayıb
Siyasət 22:37
İlham Əliyev Zəngəzur dəhlizinin regional əhəmiyyətini açıqlayıb
Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışıb
Siyasət 22:30
Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol