• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

101 gün girov qalan diplomat deputatlığa hazırlaşır

101 gün girov qalan diplomat deputatlığa hazırlaşır
02.09.2015 14:00
İraqın Mosul şəhərində girov götürülən Türkiyənin Baş konsulu Öztürk Yılmaz seçkilərdə müxalif namizəd olacaq.

2014-cü ilin iyun ayında İŞİD tərəfindən İraqın Mosul şəhərində girov götürülən Baş konsul Öztürk Yılmaz deputat olmaq istəyir.

ANS PRESS-in məlumatına görə, o, namizədliyini Cümhuriyyət Xalq Paritasından (CHP) irəli sürəcək.

Artıq keçmiş əsir namizədliyini təsdiqlətmək üçündə addım atıb. Öztürk bu məqsədlə Türkiyənin Düşənbədəki (Tacikistan) səfiriliyi vəzifəsindən istefa verib. 

Keçmiş konsul CHP sədri Kamal Kılıcdaroğlu ilə də görüşüb. Məlumata görə müxalif partiya yeni namizədini 7 iyun seçkilərində deputat mandantı üçün yer ayırmadığı Ardahan şəhərindən irəli sürəcək.


Keçmiş girov - Öztürk Yılmaz 


Öztürk Yılmaz istefası və müxalifət partiyaından namizədliyi ilə bağlı açıqlama verərkən bildirib ki, siyasət mənim uşağlığımdan bəri içimdə olan bir həsrətdir. 

"Vəzifəmdən istefa verdim. Hər bir vətəndaşın demokratik siyasət haqqı var. Çətin vəzifələrədə təcrübəm olduğundan bu imkanlarımı xalqım üçün xərcləmək isədyirəm.” - deyə Öztürk bildirib. 


Öztürk Yılmaz və Əhməd Davudoğlu


2014-cü ilin iyun ayında İŞİD tərəfindən girov götürülən 49 türk diplomatı 101 gün əsir saxlanıldıqdan sonra Türkiyənin keçiridiyi xüsusi əməliyyatla azad edilib. 

101 gün ərzində 8 dəfə yer dəyişdirmiş və hər dəfə onların yeri məlum olub. Girovların qaytarılması ilə bağlı digər bir məlumatda isə bildirilirdi ki, Türkiyə tərəfi İŞİD qruplaşmasına külli miqdarda pul ödəyib. Amma Türkiyə Milli Kəşfiyyat idarəsi bu fikri tam təkzib edərək İŞİD tərəfi ilə bu barədə heç bir danışığın olmadığını bildiriblər.


Azad edilən girovlarla görüş


İraqda girovları alan Türkiyə xüsusi xidmət orqanları diplomatların Suriyaya, oradan isə vətənlərinə gətiriblər. Türk diplomatları ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, girovların 101 gün ərzində heç bir təhriklərə uymadığına və möhkəm iradə göstərdiyinə görə təşəkkür edib. Prezident 49 diplomatına görə İŞİD-ə qarşı yaradılan koalisiyaya qoşulmadığını əlavə edib.


Girovlar vətənə dönərkən

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol