• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Bakıda 20 nömrəli məktəbin qarşısında aksiya

Bakıda 20 nömrəli məktəbin qarşısında aksiya
02.09.2015 15:43
Bu gün bir qrup valideyn bir müddət əvvəl sökülən 20 nömrəli məktəbin qarşısında aksiya keçiriblər. 

ANN.Az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, valideynlər sökülən məktəbin yenidən öz yerində tikilməsini tələb edirlər:  

"Uşaqlarımızı başqa yerə aparmağa imkanımız yoxdur. Ona görə də tələb edirik ki, məktəb yenidən burada tikilsin”.

Onlar problemlə bağlı ölkə prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya da müraciət ediblər.

Xatırladaq ki, bir il bundan öncə 20 nömrəli məktəb sökülüb.  Məktəbdə təhsil alan şağirdlərin  "Gənclik” mertosu yaxınlığındakı ehtiyat məktəbə köçürüləcəyi bildirilirdi.

Bakı meri Hacıbala Abutalıbov sökülən məktəbin yerində park salıncağını ilə bağlı verdiyi açıqlama valideynlərin narazılığına səbəb olmuşdu. 

Təhsil naziri Mikayıl Cabbarov isə bu məsələdə anlaşılmazlığın olduğunu və heç bir problem olmayacağını bildirmişdi: "Məktəb tikintisinin layihə eskizi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunub və 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır. Bakı Şəhər İcra Hakimiyyəti son illərdə onlarla məktəb tikib, təhvil verib. Həmin məktəblərdə paytaxtda yaşayan on minlərlə şagird təhsil alır. Paytaxt sakini olaraq o şagirdlərin adından Hacıbala Abutalıbova təşəkkürümü bildirirəm”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol