• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Evlənməyə hazırlaşan 20 nəfər QİÇS çıxdı – Bakıda

Evlənməyə hazırlaşan 20 nəfər QİÇS çıxdı – Bakıda
04.09.2015 20:15
Azərbaycanda evlənməyə hazırlaşan 20 nəfərdə QİÇS, 115 nəfərdə sifilis aşkarlanıb. 
 
Bunu Səhiyyə Nazirliyi Hemotologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
 
Bu barədə baku.ws-ə danışan Z.Əlimirzəyevanın sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən müayinədən keçən insanlar əsasən QİÇS, talassemiya, sifilis xəstəlikləri üzrə qan veriblər. Müayinə zamanı talassemiyalı 7 cütlük aşkarlanıb.
 
Z.Əlimirzəyeva əlavə edib ki, əhalinin 8 faizi irsi qan xəstəliyi olan talassemiya daşıyıcısıdır: "Əgər hər iki cütlükdə bu xəstəlik aşkarlanarsa, o zaman onlara müəyyən məsləhətlər verilir. Çünki bu xəstəlik daşıyıcısı olan insanlar praktiki sağlamdırlar. Onların gələcəkdə övladlarında bu və müxtəlif tipli xəstəliklər yarana bilər”.
 
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bu il iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər məcburi şəkildə tibbi müayinədən keçirlər. Bu qərardan sonra indiyə qədər evlənmək istəyən 36 min 64 nəfər müayinədən keçib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfərbərlik Xidməti: Çağırışa gəlməyənləri cəza gözləyir
07:08
Səfərbərlik Xidməti: Çağırışa gəlməyənləri cəza gözləyir
Prezident: “Avropa Oyunları  bu faciə qarşısında heçə bərabərdir”
22:21
Prezident: “Avropa Oyunları bu faciə qarşısında heçə bərabərdir”
Azərbaycan jurnalistləri poliqonda - FOTOLAR
12:18
Azərbaycan jurnalistləri poliqonda - FOTOLAR
Evlənməyə hazırlaşan 20 nəfər QİÇS çıxdı – Bakıda
20:15
Evlənməyə hazırlaşan 20 nəfər QİÇS çıxdı – Bakıda
Abutalıbov: “Bu dəqiqə ölməyə hazıram, bilsəm ki, biri geri qayıdar...”
13:49
Abutalıbov: “Bu dəqiqə ölməyə hazıram, bilsəm ki, biri geri qayıdar...”
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol