• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

"Rəqib səhvlərimizi bağışlamadı" – Prosineçki

28.05.2020 23:45
"Hava çox isti idi. Komandamı təbrik edirəm. 8 aydır Azərbaycandayam və bütün oyunları nəzərə alsaq, bu gün ən yaxşı şəkildə oynadılar".

Qol.Az-ın "sportnet.az”a  istinadən yaydığı xəbərə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

"Avro-2016”nın seçmə qrup mərhələsində Malta oyun haqda fikirlərini bildirən baş məşqçi bunları söyləyib: "

Rəqib hesabda öndə olan zamanda da hücum futbolu oynadıq. Öz səhvlərimizi bilirəm. Rəqib qapıya 3 dəfə zərbə vurdu və 2-si də qol oldu. Bizdə isə 21 zərbə oldu, amma qol vura bilmədik".

Xorvatiyalı mütəxəssisin sözlərinə görə, Azərbaycan bu qarşılaşmada 2 xal itirib: "Ancaq futbolda belə hallar olur. Səhv edirsən və rəqib səhvləri bağışlamır. Yaxşı çıxışımıza baxmayaraq rəqib səhvlərimizi bağışlamadı. Azərbaycan futbolunu yaxından izləyirəm. Oyuna təkrar baxsaq, millinin gözəl oynadığını görərik. Con Terri kimi futbolçular da səhv edir. Məsələni yorğunluqla əlaqələndirməzdim".

Rahid Əmirquliyevin dublundan danışan baş məşqçi hücum xəttinin çıxışını dəyərləndirib: "Ruslan meydançada çox çalışdı. İkinci qolun son ötürməsini Ruslan etdi. Bu gün Maltanın qapıçısının günü idi. Mən Ruslandan razı qalmışam. Bu istidə belə mübarizə aparan futbolçularla fəxr etməliyik".

Qeyd edək ki, Malta - Azərbaycan matçı 2:2 hesabı ilə başa çatıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol