• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Miqrant böhranı: Macarıstan-Serbiya sərhədində toqquşma baş verib

Miqrant böhranı: Macarıstan-Serbiya sərhədində toqquşma baş verib
17.09.2015 11:25
Macarıstan polisi Serbiya ilə sərhəddə toplaşmış miqrantları geri çəkilməyə məcbur etmək üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Hadisə sərhədin açılmasını tələb edən bəzi miqrantların polisə qarşı su qabları və daş atmasından sonra baş verib.

On minlərlə miqrant Avropa İttifaqının Şengen zonasına üzv ölkələr arasında məhdudiyyətsiz səyahətə icazə verən Macarıstana daxil ola bilib.

Macarıstan çərşənbə axşamı ölkə ərazisinə qanunsuz daxil olanları həbs etməyə imkan verən qanun qəbul edərək Serbiya ilə sərhədi bağlayıb.

Serbiya Xarici İşlər Nazirliyi öz ərazisinə gözyaşardıcı qaz və su toplarından atəş açılması ilə bağlı etirazını bildirib.

Macarıstan hökumətinin məlumatına görə, miqrantlar sərhədi keçməyə çalışarkən 20 polis əməkdaşı xəsarət alıb. Hökumət sözsüçü miqrantları uşaqları "insan qalxanı" kimi istifadə etməkdə günahlandırıb.

Gözyaşardıcı qaz və su şərnaqlarının istifadəsindən sonra bəzi miqranlar Serbiya təcili yardım xidməti vasitəsi ilə müalicə olunublar. Serbiya əraziyə əlavə polis dəstələrinin göndəriləcəyini bildirib.

"Biz müharibə və zorakılıqdan qaçarkən Avropada bu cür qəddarlıq və qeyri-insani rəftarı gözləmirdik", iraqlı miqrant Amir Hassan deyib.
Image copyright AP

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Ban Ki-moon hadisə ilə bağlı şərh verərək, miqrantlarla "yolverilməz" rəftardan "sarsıldığını" bildirib.

Macarıstanın Xarici İşlər Naziri Peter Szijjarto isə "bir qrup aqressiv miqrantın macar polisinə qarşı bu cür hərəkətinin yolverilməz olduğunu" deyib. O əlavə edib ki, macar polisinin vəzifəsi "belə qəddar insanların Macarıstana daxil olmasının qarşısını almaqdır".

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Guterres Macarıstan hakimiyyətini müharibələr və təqiblərdən qaçan insanlar üçün "maneəsiz çıxışın" təmin edilməsinə çağırıb.

Eyni zamanda, Xorvatiya ölkəyə gələn miqrantlara Avropa İttifaqının başqa dövlətlərinə keçməyə icazə verəcəyini bəyan edib.

Son həftələrdə Avropa İttifaqı böyük miqrant axını ilə üzləşib. Miqrantların əksəriyyəti, Suriya da daxil olmaqla, bir sıra ölkələrdə baş verən münaqişə və yoxsulluqdan qaçaraq Qərbi Avropaya çatmağa çalışır. //bbc.com/azeri
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan və Gürcüstanda rekord quraqlıq
Dünya 09:04
Ermənistan və Gürcüstanda rekord quraqlıq
Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi
Dünya 08:57
Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi
Tbilisi–Ankara birbaşa reysləri oktyabrda bərpa olunacaq
Dünya 08:49
Tbilisi–Ankara birbaşa reysləri oktyabrda bərpa olunacaq
Ərdoğan Zəngəzur dəhlizindən danışıb
Dünya 23:54
Ərdoğan Zəngəzur dəhlizindən danışıb
Qəzzada 5 beynəlxalq media əməkdaşı həlak olub
Dünya 23:50
Qəzzada 5 beynəlxalq media əməkdaşı həlak olub
İsveçrə poçtu ABŞ-yə bağlama göndərmə xidmətlərini dayandırıb
Dünya 23:30
İsveçrə poçtu ABŞ-yə bağlama göndərmə xidmətlərini dayandırıb
Hamburq limanı ərazisində yanğın baş verib
Dünya 22:33
Hamburq limanı ərazisində yanğın baş verib
Tramp Çinə səfərə edəcək
Dünya 22:24
Tramp Çinə səfərə edəcək
Tramp Kim Çen In ilə görüşmək niyyətindədir
Dünya 22:23
Tramp Kim Çen In ilə görüşmək niyyətindədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol