• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Papanın ABŞ səfəri başladı - FOTO

Papanın ABŞ səfəri başladı - FOTO
23.09.2015 10:02
Barak Obama Fransiski şəxsən özü qarşılayıb.

Roma papası Fransisk Kubadan sonra Amerika Birləşmiş Ştatlarına səfərə gedib.

ANS PRESS-in məlumatına görə, Papanı gətirən təyyarə Merilend ştatında Endryus hərbi bazasına eniş edib.

Hava limanında pontifiki ABŞ prezidenti Barak Obama və ailəsi, həmçinin, katolik kilsəsinin nümayəndələri qarşılayıblar. 

Daha sonra papa paytaxt Vaşinqtonda yerləşən Vatikanın bu ölkədəki səfirliyini ziyarət edib. Vaşinqtonda da papa böyük coşğu ilə qarşılanıb. Bu gün Vatikan rəsmisinin Ağ Evdə, daha sonra Konqresdə çıxışı gözlənilir. 

Katolik lider Birləşmiş Millətlər Təşkilatının (BMT) iclasında iştirak etməklə bərabər Müqəddəs Patrik kilsəsinə və 11 sentyabr terror aktının qurbanlarının şərəfinə ucaldılan Memorial abidəyə baş çəkəcək. 

Papanın ABŞ səfəri ilə əlaqədar ölkədə ciddi təhlükəsizlik tədbirləri ilə görülüb. Hətta təhlükəsizliklə əlaqədar "İphone 6S”in də satışı təxirə salıb. Bu barədə "New York Post” məlumat yayıb.


Obama Fransiski şəxsən özü qarşılayıb


Fransisk ABŞ-a səfər etməmişdən əvvəl Kubada səfərdə olub. Kuba-ABŞ münasibətlərinin yaxşılaşdırılmasına xüsusi önəm verən Fransisk adada da xüsüsi təmtəraqla qarşılanmışdı. 

Onun baş çəkəcəyi şəhərlərdə binalarda, küçələrdə və aeroportlarda təmir işləri həyata keçirilib. Havanna sakinlərindən biri mətbuata açıqlamasında bildirib ki, "Papanın səfəri Kubanın üzərində ümüd küləyinin əsməsidir.”

Adada dörd gün qalan katolik lider Kuba inqilabının rəhbəri Fidel Kastro ilə də görüşüb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Dünya 00:04
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Dünya 23:19
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Dünya 21:39
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol