Kukla Teatrında "Qırmızı papaq" tamaşası yeni quruluşda səhnəyə qoyulacaq
Tamaşanın 2016-cı ildə təhvil verilməsi nəzərdə tutulub
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Şarl Peronun "Qırmızı papaq" tamaşası yeni quruluşda səhnəyə qoyulacaq.
Bu barədə "Report"a Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məlumat verib.
Onun sözlərinə görə, "Qırmızı papaq" tamaşasına teatrın baş rejissoru Qurban Məsimov quruluş verəcək və 2016-cı ildə balaca tamaşaçılara təqdim ediləcək: "Kukla Teatrında işin ən çətin tərəfi kuklaların hazırlanmasıdır. Hazırlıq prosesinə çox vaxt sərf olunur. Yeni ildə tamaşanı təhvil verməyi düşünürük".
Xatırladaq ki, noyabrın 15-dən 20-dək Bakıda "Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) dəstəyi ilə baş tutacaq.
www.ann.az
Son xəbərlər
İqtisadiyyat
12:24
Cəmiyyət
12:24
Cəmiyyət
12:07
İqtisadiyyat
11:54
İqtisadiyyat
10:55