• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“Qarabağ” bu çatışmazlığı həll etsə, yeni stadionu qəbul olunacaq” – Ramin Musayev

“Qarabağ” bu çatışmazlığı həll etsə, yeni stadionu qəbul olunacaq” – Ramin Musayev
23.09.2015 18:16
Peşəkar Futbol Liqası (PFL) "Qarabağ”ın Suraxanı qəsəbəsindəki yeni stadionunu hələlik qəbul etməyib.

Bu haqda Qol.Az saytına PFL prezidenti Ramin Musayev məlumat verib.

O qeyd edib ki, dünən rəhbəri olduğu qurumun nümayəndələri stadionda baxış keçiriblər:

"Doğrudan da, "Qarabağ” klubu öz adına layiq olaraq, gözəl stadion inşa etdirib. Amma qeyd etməliyəm ki, stadionda müəyyən xırda çatışmazlıqlar da var ki, biz kluba bunu aradan qaldırmağı tövsiyə eləmişik. "Qarabağ”ın direktoru Əmrah Çəlikəl həmin məsələnin sentyabrın 25-nə kimi aradan qaldırılacağını dedi”.

R.Musayev bu çatışmazlıqların nədən ibarət olduğunu açıqlamayıb. Amma bildirib ki, əgər məsələ həllini tapsa, o zaman "Qarabağ”ın "Neftçi” ilə Premyer Liqa oyununun Ağdam klubunun yeni stadionunda keçirilməsinə icazə veriləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl "Qarabağ” PFL-ə müraciət ünvanlayaraq "Neftçi” ilə Premyer Liqanın 6-cı turunun (26 sentyabr) oyunun yeni stadionlarından keçirilməsinə icazə verilməsini xahiş edib. Bundan sonra PFL nümayəndələri stadionda yoxlama aparıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol