Putin: “Yanukoviçin devrilməsində ABŞ-ın əli olduğunu bilirəm”
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın NBC və PBS telekanallarına geniş müsahibəsi zamanı Ukraynada Viktor Yanukoviç hakimiyyətinin devrilməsinə görə ABŞ-ı ittiham edib.
Modern.az xəbər verir ki, Rusiya prezidenti baş verən hadisələrin bütün detallarını bildiyini etiraf edib:
"Bizim ABŞ-dakı tərəfdaşlarımız Yanukoviçə qarşı olan qüvvələri dəstəklədiklərini gizlətmirdilər. Mən dəqiq bilirəm ki, Yanukoviçin devrilməsində ABŞ-ın da rolu var.
Biz Yanukoviçi devirən insanların kiminlə, nə vaxt və harada görüşdüyünü, ona nə qədər pul verildiyini, hansı ölkələrdən təlimatçıların gəldiyini və s. bilirik”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox