• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev Serbiya baş nazirinin müavinini qəbul edib

İlham Əliyev Serbiya baş nazirinin müavinini qəbul edib
28.09.2015 16:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Serbiya Respublikası baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajicin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
"Report”un xəbərinə görə, dövlət başçısı Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayaraq siyasi əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev iqtisadi sahədə də artıq yaxşı nəticələrin əldə edildiyini bildirib, Bakıda keçirilən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının səmərəli olacağına və gələcək əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu qeyd edib.

Serbiya Respublikası baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajic ölkəsi ilə Azərbaycan arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini və bu sahədə həll edilməmiş hər hansı bir məsələnin olmadığını vurğulayıb. Qonaq bildirib ki, Serbiya tərəfi iqtisadi sahədə də əməkdaşlığı inkişaf etdirmək və ölkənin iş adamları arasında yaxşı əlaqələr yaratmaqda maraqlıdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol