• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Mario Balotelli Azərbaycana gələ bilər

Mario Balotelli Azərbaycana gələ bilər
28.09.2015 17:26
 "Milan”ın hücumçusu Mario Balotelli gələn ay Azərbaycana gələ bilər.
 
Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, yerli ictimaiyyət ulduz futbolçunun yenidən yığmaya dəvət alacağını gözləyir.

"Skuadra Adzurra”nın baş məşqçisi Antonio Konte Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda Azərbaycan, 13-də isə Romada Norveçlə keçiriləcək oyunlar üçün heyəti bu həftəsonu açıqlamağı düşünür. "Milan”a yay fasiləsində "Liverpul”dan icarəyə əsasında keçən Balotelli də uğurlu çıxışı ilə diqqət çəkir. 25 yaşlı forvard yerli mətbuata qısa açıqlamasında gözünün Kontenin açıqlayacağı siyahıda olduğunu söyləyib.

"Milan”ın vitse-prezidenti Adriano Qalliani də bu məsələ ilə bağlı münasibət bildirib. O da Marionu yenidən milli formada görmək istədiyini vurğulayıb: "Balotelli bu ay həm meydançada, həm də ondan kənarda özünü əla tərəfdən göstərdi. Bundan sonra necə olacağını deyə bilmərəm. Fakt odu ki, Mario hazırda əla formadadı və yığmada oynamağa layiqdi”.

Qeyd edək ki, Mario Balotelli sonuncu dəfə ötən ilin iyun ayında dünya çempionatının final mərhələsində İtaliya yığmasının formasını geyinib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol