• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

BMT: Obama-Putin. Kim nə deyib?

BMT: Obama-Putin. Kim nə deyib?
29.09.2015 13:38
BMT Baş Assambleyasının sessiyasında etdikləri çıxışlarında Birləşmiş Ştatların və Rusiyanın liderləri aralarındakı ixtilaf və yaxınlaşma imkanlarının cizgilərini təqdim ediblər.

BMT Baş Assambleyasının sessiyasında etdikləri çıxışlarında Birləşmiş Ştatların və Rusiyanın liderləri aralarındakı ixtilaf və yaxınlaşma imkanlarının cizgilərini təqdim ediblər.

Barack Obama və Vladimir Putin-in BMT Baş Assambleyasındakı çıxışları dünya ictimaiyyəti tərəfindən səbirsizliklə gözlənirdi. Çünki bu çıxışlar qarşı duran iki dünya baxışının qlobal problemlərə münasibətlərini açıqlamalıydı.

Çıxışların əsas məqamlarına diqqət yetirək.

Obama ad çəkib, Putin yox

Təhlilçilər belə bir nöqtəyə diqqət yetirirlər ki, Barack Obama öz çıxışında bir neçə dəfə Rusiyanı Krımın ilhaqına və Ukraynanın suverenliyinə qarşı təcavüzə, habelə Suriyada prezident Assad-ın müdafiəsinə yönələn siyasətinə görə açıq şəkildə tənqid edib.

Vladimir Putin-sə, "bir güc mərkəzi deyərkən” Amerikanın adını çəkməyib, lakin Assad məsələsində Rusiyanın əsas məqsədinin rejimi qoruyub saxlamaq olduğunu etiraf edib. Hərçənd bunu onunla izah edib ki, cənab Assad guya sabitliyi təcəssüm etdirir.

Əslində, Rusiya prezidenti Assad-ın müdafiəsində onu dəstəkləməyə çağırıb. Deyib ki, İslam Dövləti adlanan təşkilatla həqiqətdə yalnız Assad qüvvələri döyüşürlər.

Daha geniş koalisiya

Vladimir Putin İslam Dövləti qruplaşmasına qarşı mübarizənin BMT Təhlükəsizlik Şurası tərəfindən əlaqələndirilməsini təklif edib. ABŞ və onun Qərb müttəfiqlərinin bu təklifə münasibəti hələlik bəlli deyildir.

Putin izah etməyə çalışıb ki, islamçılara qarşı mübarizə Avropanın və Rusiyanın ortaq marağındadır.

O deyib ki, "heç kim cinayətkarların qayıdıb vətənlərində şər əməllər törətməsini istəmir”.

"Amerikaya ölüm" şüarı çörək vermir

Barack Obama öz çıxşında Assad-ı müdafiə etdiklərinə görə İran və Çini də günahlandırıb.

"Amerikaya ölüm” şüarı yeni iş yerləri yaratmır və ya İranı daha təhlükəsiz etmir” – deyib Obama.

Bununla yanaşı, prezident Obama öz çıxışında vurğulayıb ki, Birləşmiş Ştatlar, Rusiya və İran da daxil bütün ölkələrlə işləməyə hazırdır.

Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Dünya 00:04
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Dünya 23:19
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Dünya 21:39
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol