• $
  • £

Mübariz Mənsimovun İŞİD-lə ortaq biznesi var? - “Palmali”dən AÇIQLMA

Mübariz Mənsimovun İŞİD-lə ortaq biznesi var? - “Palmali”dən AÇIQLMA
29.09.2015 14:31

Rusiyanın nüfuzlu "Novaya qazeta” nəşri "İslam dövləti” (İŞİD) terror təşkilatının İraq və Suriyada ələ keçirdiyi neft yataqları fonunda sensasion iddia ortaya atıb.

Bunların arasında zəngin ehtiyatlara malik əl-Ömər, Rakka, Deyr əs-Zor yataqları da yer alır. Habelə İraqın Kərkük şəhərindən Türkiyənin Ceyhan limanına uzanan neft kəməri də İŞİD-in nəzarətindədir. Bundan başqa, Suriya və Liman sahillərindəki limanlara neft nəqlinə imkan verən İSLP kəməri də işlək vəziyyətdədir.

Qəzet yazıb ki, İŞİD-in Türkiyənin Ceyhan limanına nəql etdiyi neft Ceyhan limanından azərbaycanlı oliqarx Mübariz Mənsimovun "Palmali Shipping & Agency JSC” şirkətinə məxsus tankerlərlə daşınır. Nəşrin məlumatına görə, dünyanın aparıcı xüsusi xidmət orqanları bu haqda xəbərdardır.

Modern.az məsələ ilə bağlı qarşı tərəfdən münasibət öyrənməyə çalışıb. "Palmali” şirkətlər qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu iddialara belə cavab verib:

"Mənim o qəzetin elə bir məlumatından xəbərim yoxdur. Lakin deyə bilərəm ki, bütün bunlar şayiədən başqa bir şey deyil”.

Qeyd edək ki, Mübariz Mənsimov neft daşımalarında Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğanın oğlu Bilal Ərdoğanla ortaqdır.

Bundan əvvəl də Türkiyə mediasında Ərdoğan ailəsinin İŞİD neftini alıb-satdığına dair iddialar səslənib, ancaq Türkiyə rəhbərliyi bu məlumatları qətiyyətlə təkzib edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol