• $
  • £

"Kəpəz" və "Sumqayıt" klublarının məşqçiləri cəzalandırıldı

29.05.2020 07:35
Xaliq Mərdanovla Mübariz Orucovun hakimləri təhqir edib

AFFA-nın İntizam Komitəsi Gəncənin "Kəpəz" klubunun və "Sumqayıt"ın məşqçiləri Xaliq Mərdanovla Mübariz Orucovu 5 oyunluq cəzalandırıb. "Report"un məlumatına görə, Mərdanovun cəzalanmasına Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində Bakıda keçirilmiş "İnter"lə oyundan sonra hakimi təhqir etməsi səbəb olub.

Bundan başqa məşqçinin hərəkətinə görə Gəncə klubu 5000 manat cərimələnib. Digər tərəfdən, komandanın 4 futbolçusunun sarı vərəqə alması 1000 manat cərimə ilə nəticələnib. "İnter"də isə matçın 86-cı dəqiqəsində Dieqo Martins ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb və klubu 200 manat xərcə düşüb.

Orucov da 5 oyunluq texniki zonadan uzaqlaşdırılıb və klubu 5000 manat cərimələnib. O isə AZAL-la keçirilmiş ev oyununda baş verən analoji hadisəyə görə cəzaya məruz qalıb. Həmin oyunda "Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənalızadə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Üstəlik, klubun 5 futbolçusu "sarı" aldığı üçün klub 1000 manat ödəməli olacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol