• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev Dünya Skaut Komitəsinin sədrini və baş katibini qəbul edib

İlham Əliyev Dünya Skaut Komitəsinin sədrini və baş katibini qəbul edib
30.09.2015 17:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalvesi və təşkilatın baş katibi Skot Teareni qəbul edib.
 
"Report”un xəbərinə görə, Dünya Skaut Komitəsinin 2017-ci ildə Bakıda keçiriləcək 41-ci konfransına və 13-cü Dünya Skaut Gənclər Forumuna Azərbaycanın ev sahibliyi etməsinin təşkilat üçün çox mühüm əhəmiyyət daşıdığını deyən baş katib Skot Teare tədbirlərdə 150 ölkədən 1000-dən artıq nümayəndənin iştirak etməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Prezident İlham Əliyev Dünya Skaut Komitəsinin 41-ci konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərarın əhəmiyyətini xüsusi qeyd edib. Bu cür vacib qlobal tədbirin Azərbaycanda keçirilməsinin ölkənin daha da yaxından tanıdılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu deyən dövlət başçısı beynəlxalq səviyyəli müxtəlif tədbirlərin ölkəmizdə həmişə uğurla təşkil olunduğunu bildirib.

Görüşdə Dünya Skaut Komitəsinin növbəti konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun səs çoxluğu ilə Avrasiya regionunda ilk dəfə olaraq 2017-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərardan məmnunluq ifadə olunub, bu tədbirlərin ölkədə yüksək səviyyədə təşkil olunacağı əminliklə qeyd edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol