• $
  • £

Qurban Qurbanov: "Anderlext" kimi komandaya qarşı 45 dəqiqə mübarizə apara bildik"

Qurban Qurbanov:
29.05.2020 12:32
"Meydanda belə mübarizə aparmaq lazım idi. Hər bir oyunçudan razı qaldım. Qələbəyə rəğmən, həqiqətən də çox sürətli komandaya qarşı oynadıq. Hər bir futbolçuya sağ ol deyirəm, azarkeşləri və rəhbərliyi təbrik edirəm. Azarkeşlərimizi sevindirə bildik".

"Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext" üzərində 1:0-lıq qələbədən sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.

43 yaşlı mütəxəssis ardından jurnalistlərin suallarını cavablandırıb:

- Şehiç hələ də istənilən səviyyədə oyun göstərə bilmir...

- Bir insanın üzərinə çox gedəndə öz istedadını, potensialını itirə bilər. O, həmin Şehiçdir ki, qələbə qazanmağımızda dəfələrlə böyük rolu olub. Səhv kimdə olmayıb. Gəlin, bu suala qayıtmayaq. Ona güvənmək, potensialı olduğu üçün şərait yaratmaq lazımdır. Bir-iki texniki səhvi var, onu da aradan qaldıracaq.

- "Anderlext"in standart vəziyyətləri zamanı irəlidə 3 oyunçu saxlamağınız nə ilə əlaqədar idi?

- Rəqibin fiziki göstəriciləri yüksək idi. Onların hər hücumu zamanı 3 oyunçunu irəlidə saxlayırdım. Onların ən real qol epizodları standart vəziyyətlərdən idi. Çox şükür ki, qol buraxmadıq. Ötən mövsüm "Sent-Etyen"lə matçda xeyli hücumumuz olsa da, qalib gələ bilməmişdik. "Tottenhem" və "Monako"nu hələ görməmişik. "Anderlext" kimi səviyyəli komandaya qarşı minimum 45 dəqiqə mübarizə apara bildik.

- Ot örtüyünün durumundan razı qaldınız?

- Meydanın vəziyyəti "Yanq Boyz"la müqayisədə yaxşı idi. İkinci hissədə topla davranmada problem yarandı. Amma inanıram ki, gələcəkdə ot örtüyü daha yaxşı vəziyyətdə olacaq.

- Rəqibin oyunu sizi təəccübləndirmədi?

- Rəqib oynadı, biz də öz oyunumuzu sərgiləmək üçün onların qarşısını almağa çalışdıq. Bunun üçün meydanın mərkəzində pressinq etdik. Rəqib 0:1 hesabı ilə uduzduqdan sonra uzun ötürmələrlə oynamağa başladı. Buna bizim hazırlığımız var idi. Minimum 2 futbolçumuz onların qarşısında olurdu. Belə balanslaşdırılmış komanda nadir hallarda olur. "Anderlext" seleksiya işində çox güclüdür. Çox şükür ki, düşüncələrimizin çoxu həyata keçdi.

- "Qarabağ"ın ən zəif cəhətinin standart vəziyyətlərlə bağlı olduğu fikri ilə razısınız?

- Künc zərbələrindən qolları hamı buraxır. Nə qədər ucaboy müdafiəçi gətirsək, bunun qarşısını almağa söz verə bilmərəm. Amma qəbul edirəm ki, standart vəziyyətlər sarıdan problemlərimiz var. Bunun da qarşısını almaq üçün əlimizdən gələni edirik.

- İkinci hissədə 5 müdafiəçiyə keçməyiniz nə ilə əlaqədar idi?

- Oyunun gedişində uzun ötürmələrlə oynamağa başladılar. Ona görə də 5 müdafiəçiyə keçdik. Bununla belə yenə qol epizodları yaratdıq. Oyun tələb edirdi.

Sonda Qurban Qurbanov "Qəbələ"yə də Rusiya "Krasnodar"ı ilə qarşılaşmada uğurlar arzulayıb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol