• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azərbaycan prezidenti almaniyalı və koreyalı həmkarlarını təbrik edib

Azərbaycan prezidenti almaniyalı və koreyalı həmkarlarını təbrik edib
02.10.2015 20:45
Azərbaycan prezidenti İlham Əliyev almaniyalı həmkarı Yoaxim Qauku ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir:
 
"Hörmətli cənab prezident, ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Almaniya münasibətlərinin konstruktiv məcrada inkişafı, əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi işinə bundan sonra da töhfələr verəcəyik. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim sülh və firavanlıq diləyirəm”.
 
Dövlət başçısı həmçinin Koreya Respublikasının prezidenti  Pak Kın Heyə təbrik məktubu ünvanlayıb.
 
Məktubda deyilir: "Hörmətli xanım prezident, ölkənizin milli bayramı – Dövlətin yaranması günü münasibətilə sizə və xalqınıza ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında daim möhkəmlənən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız bundan sonra da ikitərəfli münasibətlərimizin inkişafına xidmət edəcək. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Cəmiyyət 23:21
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Xankəndidə bayram konserti keçirilib
Cəmiyyət 21:30
Xankəndidə bayram konserti keçirilib
Masazırda ev yanıb - Yenilənib
Cəmiyyət 20:02
Masazırda ev yanıb - Yenilənib
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Cəmiyyət 18:56
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Cəmiyyət 18:07
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib
Cəmiyyət 17:51
Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Cəmiyyət 17:36
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:57
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Cəmiyyət 16:41
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol