• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Telman İsmayılov müflis oldu

Telman İsmayılov müflis oldu
05.10.2015 09:12
"Belə qərara gəlmək olar ki, o, ödəməqabiliyyətli deyil".

Rusiyada fiziki şəxslərin müflisləşməsi haqqında bir müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində "Bank Moskvı" Çerkizov bazarının keçmiş sahibi, AST qrupunun təsisçisi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verib.

Bank ondan 286 mln. dolların qaytarılmasını tələb edir, "Kommersant" yazır.

Oxu.Az xəbər verir ki, ərizəyə əsasən, İsmayılovu "Ruslayn 200" MMC və Tropicano Finance B.V. şirkətlərinin müqavilə ilə müəyyən edilmiş müddətdə 230 mln. dolları qaytaracaqlarına verdiyi zaminliklə əlaqədar müflisləşmiş elan etməyi tələb edirlər.

"İsmayılov Telman Mərdan oğlu uzun müddətdir pul öhdəliklərini icra etmədiyi üçün belə qərara gəlmək olar ki, o, ödəməqabiliyyətli deyil", - deyə, bəyanatda bildirilir.

Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, bankın nümayəndələri əvvəlcə borclar haqqında məsələni dinc yolla həll etmək istəyiblər, lakin uğursuzluğa düçar olduqdan sonra məhkəmədə iddia qaldırıblar. Bu iddia üzrə qərara əsasən, İsmayılovun adına rəsmi qeydiyyatda olan bütün əmlaka həbs qoyulub.

Qeyd edək ki, son illər Azərbaycan əsilli milyarderin işləri yaxşı getmir.

Forbes-in məlumatına görə, 2015-ci ilin aprelində AST şirkətlər qrupunun prezidenti Telman İsmayılov 200 ən varlı rusiyalı sahibkarın daxil olduğu siyahıda 0,6 mlrd. dollar sərvətlə 144-cü yeri tuturdu, ötən dövr ərzində onun sərvəti 0,15 mlrd. dollar azalmışdı.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Dünya 00:04
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Dünya 23:19
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Dünya 21:39
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol