• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

ABŞ Ukraynaya müdafiə xarakterli müasir hərbi sistemlər verəcək

ABŞ Ukraynaya müdafiə xarakterli müasir hərbi sistemlər verəcək
05.10.2015 10:49

ABŞ hökuməti Ukraynaya müdafiə xarakterli müasir hərbi sistemlər vermək barədə qərar qəbul edib.
 
APA-nın UNİAN və "censor.net” saytlarına istinadən yaydığı məlumata görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin televiziya kanallarına müsahibəsində bildirib. O, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin bu barədə xüsusi sərəncam imzaladığını açıqlayaraq qərarın Ukrayna üçün diplomatik sıçrayış olduğunu bəyan edib. 
 
P. Poroşenko BMT Baş Assambleyasında ABŞ prezidenti Barak Obama ilə bir neçə dəfə görüşdüyünü diqqətə çatdırıb: "Putinlə görüşündən əvvəl Obama mənimlə görüşdü və biz əsas yanaşmaları koordinasiya etdik. Görüşdən sonra, eləcə də mənim Baydenlə danışıqlarımdan sonra Obama ilə yenidən bir araya gəldik. Bayden mənə Ukraynaya müasir silah nümunələri verilməsi üçün sərəncam imzaladığını bildirdi, hansı ki, bunlar bizə hava kimi lazımdır. Bu müdafiə sistemləri Ukrayna ordusunun effektiv müdafiə imkanlarını xeyli artıracaq. Bu, sözsüz ki, Ukrayna üçün mühüm diplomatik sıçrayışdır”.  

Qeyd edək ki, ABŞ-ın Ukraynaya göndərəcəyi hərbi sistemlər düşmənin ağır artilleriyasının və reaktiv atəş sistemlərinin dəqiq koordinatlarını uzaq məsafədən müəyyən edərək onlara zərbə endirməyə imkan verir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Dünya 00:04
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Dünya 23:19
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Dünya 21:39
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol