• $ 1.7
  • € 1.9752
  • ₽ 0.02125
  • ₺ 0.0406
  • £ 2.2694

"SOCAR Georgia": Bakı-Supsa kəməri ilə bağlı onlar razılığa gəlməlidir

05.10.2015 17:29
"Hazırda Bakı-Supsa neft kəmərinin fəaliyyətinə heç bir maneə yoxdur".

Bunu "APA-Economics"ə "SOCAR Georgia" (SOCAR-ın törəmə şirkəti) şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.
 
Baş direktorun sözlərinə görə, SOCAR bu məsələni olduqca diqqətlə izləyir: "Kəmər ətrafında baş verənlər bizi də narahat edir. Biz coğrafi parametrlərin dəyişməsini izləyirik. Ümid edirik ki, Gürcüstan hökuməti ilə Rusiya hökuməti bu məsələdə dil tapacaq və razılığa gələcək".
 
Xatırladaq ki, bir müddət öncə Rusiya sərhədçiləri tərəfindən Gürcüstanın Tsixinvali regionundan keçən (Cənubi Osetiya) Bakı-Supsa neft kəməri üçün təhlükənin yarandığı barədə xəbərlər yayılıb.
 
Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bunu şərh edərkən bildirib ki, neft kəmərinə təhlükə yaranarsa "biz alternativ layihəmizi həyata keçirəcəyik".
 
"BP şirkəti avqust müharibəsindən sonra borunun 1,5 kilometrlik hissəsinə nəzarət edə bilmir. Çünki bu sahəyə rus hərbçiləri nəzarət edirlər. Əgər bundan sonra problemlər yaranarsa, bizim 1600 metr uzunluğunda alternativ layihəmiz var. Gürcüstan hökumətinə "osetinlərlə dil tapmağı təklif edirlər". Onlar bu məsələni siyasiləşdirmək istəyirlər. Bu isə Gürcüstan üçün qəbul edilməzdir", - deyə K. Kaladze bildirib.
 
K. Kaladzenin təklif etdiyi alternativ layihə barədə danışan M. Məmmədov bildirib ki, bu layihəyə yalnız ən son variant kimi baxmaq olar. "Söhbət ekstremal situasiyadan gedir. Yəqin ki, bunu da müzakirə etməyə ehtiyac var".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

PAŞA bank risklərə qarşı profilaktik addımlar atır - Bank rəsmisi
İqtisadiyyat 16:00
PAŞA bank risklərə qarşı profilaktik addımlar atır - Bank rəsmisi
YeloBusiness Appsahibkarlarüçündahabirimkantəqdimedir!
İqtisadiyyat 15:37
YeloBusiness Appsahibkarlarüçündahabirimkantəqdimedir!
PAŞA Bank Gürcüstanın aktivləri 9,9% azalıb
İqtisadiyyat 15:17
PAŞA Bank Gürcüstanın aktivləri 9,9% azalıb
PAŞA bankınöhdəlikləri 9,2% artıb
İqtisadiyyat 15:07
PAŞA bankınöhdəlikləri 9,2% artıb
2025-ci ilin birinci yarısında PAŞA Bankın kapitalı 932 milyon manata çatıb
İqtisadiyyat 14:53
2025-ci ilin birinci yarısında PAŞA Bankın kapitalı 932 milyon manata çatıb
PAŞA Bankın kredit portfeli 3,4 milyard manatı ötüb
İqtisadiyyat 14:46
PAŞA Bankın kredit portfeli 3,4 milyard manatı ötüb
Azərbaycanın bank sektorunda aktivlər və öhdəliklər artıb
İqtisadiyyat 14:39
Azərbaycanın bank sektorunda aktivlər və öhdəliklər artıb
ABB səhmdarları 16%-ə yaxın dividend
qazana bilərlər
İqtisadiyyat 14:07
ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər
Qızılın qiyməti 4 250 dolları ötüb
İqtisadiyyat 11:56
Qızılın qiyməti 4 250 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol