• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ramin Musayev: "Bizə əyri yolla qazanılan pul lazım deyil"

Ramin Musayev:
07.10.2015 15:06
Hazırkı AFFA rəhbərliyinin vaxtında sifarişlə oyun idarə olunma halları olmayıb

"Sözsüz ki, bəzən hakimliklə bağlı səhvlər olur. Əfsuslar olsun ki, o səhvlər rəhbərlərin boynuna yaxılır. Amma elə deyil". "Report"un məlumatına görə, bunu Azərbaycan Kubokunun püşkatma mərasimində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
R.Musayev bu mövsümün də narazılıq olmadan başa vurmağa çalışacaqlarını bildirib: "Birinci il deyil ki, futboldayıq və həmişə çalışmışıq ki, ədalətli oyun olsun. Mənə elə gəlir ki, keçən ilki final oyununda heç bir narazıçılıq olmadı. Çalışacağıq ki, bu il də belə olsun". 

PFL prezidenti hakimlərin qərəzli olmasına dair yazılara etiraz edib. "Bəzi mətbuat yazır ki, hakimlər qərəzli mövqe göstərir. İnanın ki, bu, belə deyil" - deyən funksioner "Hakim də insandır, səhv edə bilər. Ancaq biz ona bəraət qazandırmırıq", söyləyib. 

R.Musayev "İnter" - "Qarabağ" matçında Elvin Əsgərovun təyin etdiyi və qonaqların qəsdən kənara vurduğu penaltidən də danışıb: "3 gün öncə hakimlərlə görüşdük, müzakirələr oldu. Bir epizod üzərində bütün hakimlərin fikrini öyrəndik. Sözsüz ki, fikirlər haçalandı. Ancaq qanun birdir və qərar bir dənə olmalıdır. Eyni epizodda hakimlərin yarısı penalti olduğunu, yarısı olmadığını dedi. Hakim də insandır və ani olaraq qərar qəbul edir. Biz isə monitor qarşısında bir epizoda yüz dəfə baxırıq. Mənim deməyim odur ki, hadisə olmasın, olursa, başqa istiqamətə yönləndirilməsin". 

PFL prezidenti hazırkı AFFA rəhbərliyinin vaxtında sifarişlə oyunların idarə olunma hallarının olmadığını bir daha vurğulayıb: "Gəlin, olmayan şeyi danışmayaq. Bəzən klub rəhbəri zəng vurur ki, Ramin müəllim, deyirlər filan komandanı qabağa çəkirlər. Deyirlər "Qarabağ"a kömək edirlər. Yaxşı futbol mütəxəssisisənsə, məşqi səhvindən, oyundan, futbolçudan danış. Hər birimizin məqsədi ədalətlilikdir. İstənilən klub nümayəndəsi, jurnalist həmin hakimlərin oyunsonrası toplantısında iştirak edə bilərlər. İndi fasilədir. Hansı epizodla hakimlə bağlı narazılığınız varsa, deyin. Göndərim hakimi, danışın. Deyin, burda niyə bu qərarı vermisən? Bizə əyri yolla qazanılan pul lazım deyil. Onsuz da sağ olsun azarkeşlər, stadionu butulkalarla doldururlar".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol