• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Bankların ƏDV-dən azad edilməsi təklif olunur

Bankların ƏDV-dən azad edilməsi təklif olunur
07.10.2015 17:49
Azərbaycan Banklar Assosiasiyasının (ABA) bu gün keçirilən toplantısında müzakirə edilən təkliflər sırasında kommersiya banklarının müştərilərə göstərdiyi xidmətlərə görə komision haqlarının azaldılması ilə bağlı məszlələr də var.
 
"Report" xəbər veri ki, bunu jurnalistlərə açıqlamasında ABA-nın prezindti Zakir Nuriyev deyib.

Z.Nuriyev problemli kreditlərlə bağlı çıxarılmış məhkəmə qərarlarının daha uzun müddətdə icra edilməsinin kredit risklərinə gətirib çıxardığını qeyd edib: "Problemli kreditlər üzrə məhkəmə prosesinin daha uzunmüddətli olması, çıxarılmış məhkəmə qərarlarının daha uzun müddətə icra edilməsi və bu icra mərhələsinin çox baha olması kredit risklərini artıran səbəblərdəndir. Bu baxımdan, müzakirə etdiyimiz və hökumətə təqdim etməyi düşündüyümüz təkliflərdən biri, həmin icra mərhələsində olan işlər üzrə xərclərin aşağı salınması və optimallaşdırılmasıdır. Çünki mövcud qanunvericiliyə görə, bu xərclər rəsmi olaraq 12% civarındadir. Hansı ki, 5%-lik hərrac xərclərini də üzərinə gəlməklə olduqca böyük bir məbləğ alınır. Eyni zamanda, özgəninkiləşdirilmiş əmlakın reallaşdırılmasından banklar əlavə olaraq 18% ƏDV ödəyir. Bu isə təbii ki, həmin kreditlər üzrə risk marjasını artırmağımıza səbəb olur".

"Əsas məqsədimiz əlavə dəyər vergisindən azad olmaq və qeyd etdiyim faiz dərəcələrinin çox mühüm hissədə aşağı endirilməsinə nail olmaqdır. Bəzi bu tədbirlər həyata keçirilərsə, bankların kredit faiz dərəcələri avtomatik aşağı düşəcək", - deyə ABA prezidenti bildirib.

Z.Nuriyev ölkədə uçot dərəcəsinin aşağı salınması və sektordaxili digər məsələlərin müzakirə edilməsi ilə bağlı AMB ilə müzakirələrin aparacaqlarını da qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol