Obama:“Yanukoviç Putinin korrupsiyaya bulaşmış oyuncağı idi”
ABŞ prezidenti Barak Obama Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi "Putinin korrpsiyalaşmış oyuncağı” adlandırıb.
Modern.az bildirir ki, o, bu açıqlamanı CBS telekanalına müsahibəsində verib: "Mən prezident seçiləndə Ukraynaya korrupsiyalaşmış satqın hökmdar rəhbərlik edirdi. O, cənab Putinin oyuncağı idi”.
Suriya münaqişəsinə toxunan Obama öz mövqeyini belə açıqlayıb: "Suriya regionda Rusiyanın yeganə müttəfiqi idi. Bu gün cənab Putin Suriyada uzun illər mövcud olan rejimi qoruyub saxlamaq üçün öz ordusunu verir ki, yeganə müttəfiqinin mövqeyini möhkəmləndirsin”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox