• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“Qarabağ”ın uğurlarını izləyirik" – Karlo Tavekkio

“Qarabağ”ın uğurlarını izləyirik
10.10.2015 17:25
"Avro-2016”nin seçmə mərhələsində bu gün Azərbaycan millisi İtaliyanı qəbul edəcək.
 
Bakı Olimpia Stadionunda baş tutacaq matçdan öncə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio Qol.Az saytına müsahibə verib.

-  Bu gün komandanız Azərbaycan millisinin qonağı olacaq. Oyun barədə fikirlərini bilmək istərdik.

- Təbii ki, qələbə qazanmaq üçün oynayacağıq. Çünki bizim üçün vacib oyundur. Bilirik ki, çox çətin olacaq. Sizin futbolçuları tanıyırıq. Onların da məqsədi qalib gəlməkdir. Ancaq əlimizdən gələni edəcəyik ki, sonda qalib gələn tərəf biz olaq. Çünki Bakıda qazanacağımız 3 xalla "Avro-2016”ya vəsiqəni təmin etmiş olacağıq.

- Azərbaycan futbolu ilə tanış olduğunuzu söylədiniz. Bu  ancaq milli səviyyəsində tanışlıqdır, yoxsa hansısa klubumuz haqqında da məlumatınız var?

- Azərbaycanda demək olar ki, hər bir sahəni izləyirik, o cümlədən də futbolu. Çünki ən yaxşı münasibətlərimiz olduğumuz ölkələrdən biridir. "Qarabağ"ı tanıyırıq, uğurlarını izləyirik. Bura gələndə də klubun stadionuna baş çəkdik.

- "Qarabağ"ın ötən mövsüm Avropa Liqasında "İnter"lə Bakıda keçirdiyi oyunu necə xatırlayırsız?
-
 Mən özüm "İnter" fanatıyam (gülür). Həmin oyun yadımdadır. Ancaq bu barədə geniş danışa bilmərəm. Çünki bu məsələ ilə bağlı danışmaq prezidentin işi deyil. Mən sadəcə bir fanat kimi danışıram.

- Onda yəqin ki Miroslav Zelinkanı da xatırlayırsınız.

- Düşünürəm ki, həmin epizodda hakimin günahı var idi. Ancaq adını xatırlamadığım sloveniyalı bir məşqçinin sözü var, deyir ki, qol ancaq hakimin fitindən sonra hesaba alınır.

- İtaliya millisinin qazandığı kubokların Azərbaycana gətirilməsi təşəbbüsü kim tərəfindən irəli sürülüb?

- İtaliyanın Azərbaycandakı və Azərbaycanın İtaliyadakı səfirliklərinin birgə təşəbbüsü sayəsində İtaliya Futbol Federasiyası bunu reallaşdırıb.

- Bu kubokları Azərbaycana gətirməklə ola bilərmi ki, bizim komandaya İtaliya millisinin gücünü anlatmaq istəyirsiniz?

- Yox belə bir məqsədimiz yoxdur. Bu sadəcə səfirliklərin xahişi əsasında həyata keçirilmiş bir addımdır.

- Azərbaycan və İtaliya arasında futbol əlaqələrinin inkişaf etdirilməsi üçün hansısa addımlar atmağı düşünürsüzmü?

- Bizdə futbolla bağlı müxtəlif texniki proqramlar var, onların Azərbaycanda tətbiqində maraqlayıq. Bundan əlavə, gənc futbolçuların dəyişdirilməsi  proqramı da var ki, onu da gələcəkdə Azərbaycanla birlikdə həyata keçirmək  planımızda var. Bunları qarşılıqlı şəkildə müzakirə etmək lazımdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol