• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

VIII Beynəlxalq Atatürk konfransı Gəncədə keçiriləcək

VIII Beynəlxalq Atatürk konfransı Gəncədə keçiriləcək
11.10.2015 14:30
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkil etdiyi dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı oktyabrın 13-16-da ilk dəfə olaraq Azərbaycanda - Gəncə şəhərində keçiriləcək.

AMEA Tarix İnstitutunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən beynəlxalq konfrans Azərbaycan və Türkiyə Respublikalarının Müstəqillik günlərinə həsr olunur.

Azərbaycan tərəfinin təklifinə əsasən, konfransda Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemləri müzakirə olunacaq.

Konfransın Təşkilat Komitəsində təmsil olunan 22 alimdən 5-i, Elmi Dəyərləndirmə Komitəsində isə 76 alimdən 9-u Azərbaycandandır. Təşkilat Komitəsində Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhan, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, İstanbul Universitetinin professoru Halil Bal, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş idarəsinin rəisi Uğur Ünal və başqa nüfuzlu alimlər təmsil olunublar.

Beynəlxalq elmi konfransın açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, akademik Akif Əlizadə, professor Mehmet Ali Beyhan, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsinin başqanı Derya Örs, Türkiyə baş nazirinin köməkçisi Yıldırım Tuğrul Türkeş çıxış edəcəklər və 1920-ci ilin Gəncə üsyanı haqqında sənədli film göstəriləcəkdir. Açılışda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və Gəncədəki baş konsulunun iştirakı gözlənilir.

Azərbaycan alimlərinin məruzələri ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımları, Dağlıq Qarabağ məsələsi, Xocalı soyqırımı və başqa problemlərə həsr olunmuşdur. Konfransın açılış və bağlanış mərasimləri Gəncə şəhərindəki möhtəşəm Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Konfransda xarici ölkələrdən 130-dan çox alim və rəsmi nümayəndə iştirak edəcəkdir. 93 elmi məruzədən 25-i Azərbaycan tarixçiləri tərəfindən ediləcək.

Türkiyə tərəfinin maliyyə dəstəyi ilə keçiriləcək konfransda Avropa və ABŞ hakim dairələrinin müasir mərhələdə türk-islam xalqlarına qarşı yeritdiyi irqi, dini və milli ayrı-seçkilik siyasətinə qarşı dünya ictimaiyyətinə MÜRACİƏT qəbul olunması nəzərdə tutulub.

Bağlanış mərasimində Yaqub Mahmudov, Mehmet Ali Beyhan, Derya Örs çıxış edərək konqresdə edilmiş məruzələri dəyərləndirəcək və elmi forumun işinə yekun vuracaqlar. Konqresin sonuncu günü – 15 oktyabrda qədim Şəki şəhərinə gəzinti təşkil ediləcək və Qax rayonunda Yunus İmrənin məzarı ziyarət olunacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Cəmiyyət 23:21
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Xankəndidə bayram konserti keçirilib
Cəmiyyət 21:30
Xankəndidə bayram konserti keçirilib
Masazırda ev yanıb - Yenilənib
Cəmiyyət 20:02
Masazırda ev yanıb - Yenilənib
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Cəmiyyət 18:56
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Cəmiyyət 18:07
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib
Cəmiyyət 17:51
Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Cəmiyyət 17:36
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:57
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Cəmiyyət 16:41
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol