• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“Yerli Gənc” Proqramı çərçivəsində növbəti təlim

“Yerli Gənc” Proqramı çərçivəsində növbəti təlim
12.10.2015 15:13
"Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilən "Gənc sahibkarların və fermerlərin biznes bacarıqlarının inkişafı” layihəsi çərçivəsində Beyləqan rayonunun Dünyamallar kəndində təlim sessiyası keçirilib.

 Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı ilə birgə təşkil olunub. Tədbirdə Dünyamallar kəndində yaşayan 25 fəal gənc iştirak edib.

Təlim sessiyası həmin kənddə yaşayan gənc sahibkarlar və fermerlərin biznes bacarıqlarının artırılmasına dəstək göstərilməsi və gələcəkdə onların zəruri infomasiya məsləhət xidməti ilə təmin olunması məqsədilə təşkil olunub.

Tədbirə Beyləqan rayon İcra Hakimiyyəti, Dünyamallar kənd Bələdiyyəsi, Gənclər və İdman İdarəsinin nümayəndələrinin və ARGTMŞ-ın "Yerli Gənc” Proqramının koordinatorunun nitqi ilə start verilib. Daha sonra, iştirakçılar "Yerli Gənc” Proqramı ilə tanış olub, proqramın imkanları və bu imkanlardan faydalanmaq üsulları haqqında geniş məlumat əldə ediblər. Proqramın kordinatorunun təqdimatından sonra təlimə start verilib. Təlim zamanı gənclərə mövzü ətrafında məqsədin təyin olunması, motivasiya və özünəinam, biznes ideyasının yaradılması və planı, biznes işində başlanğıc mövzularda ətraflı məlumat verilib. Gənclər komandalara bölünərək əldə etdikləri biliklər əsasında müzakirələrə qoşulublar. Tədbirin sonunda kənd gənclərinin təltif olunma mərasimi baş tutub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında 2015-ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili” elan edilmişdir. Bunu nəzərə alaraq, "Azərbaycan: 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir. Bu günə qədər "Yerli Gənc” Proqramı çərçivəsində təlim sessiyaları Şəki rayonunun Kiş, Lənkəran rayonunun Separadi, İsmayıllı rayonunun Kürdmaşı, Ağdam rayonunun Quzanlı, Quba rayonunun Qımılqışlaq, Sabirabad rayonunun Nərimanabad kəndlərində 140-dan çox gəncin iştirakı ilə baş tutub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Cəmiyyət 23:21
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Xankəndidə bayram konserti keçirilib
Cəmiyyət 21:30
Xankəndidə bayram konserti keçirilib
Masazırda ev yanıb - Yenilənib
Cəmiyyət 20:02
Masazırda ev yanıb - Yenilənib
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Cəmiyyət 18:56
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Cəmiyyət 18:07
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib
Cəmiyyət 17:51
Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Cəmiyyət 17:36
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:57
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Cəmiyyət 16:41
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol