• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Elton Məmmədov oğlunun tutulmasından danışdı

Elton Məmmədov oğlunun tutulmasından danışdı
12.10.2015 17:59
"Oğlum Aynar Məmmədov bütün günü işdə, yanımda olub".
 
Bunu Trend-ə açıqlamasında millət vəkili Elton Məmmədov deyib.

Onun sözlərinə görə, yayılan informasiyalar ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. E.Məmmədov oğlunun tutulması ilə bağlı yayılan xəbərləri təkzib edərək, bunun həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, mətbuatda deputat E.Məmmədovun oğlu, Milli Məclis Aparatının əməkdaşı Aynar Məmmədova məxsus olduğu deyilən "Nar Cafe”də polis tərəfindən əməliyyat keçirilməsi və kafenin sahibi də daxil olmaqla, xeyli sayda şəxsin saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması barədə məlumat yayılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Trend-ə bildirib ki, sözügedən kafedə polis tərəfindən əməliyyat həyata keçirilib. Nazirliyin sözçüsü qeyd edib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar Cafe"də qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə əməliyyat tədbirləri keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq, cərimə olunmaları üçün məhkəməyə göndərilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol