• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev: “Prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır”

İlham Əliyev: “Prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır”
12.10.2015 17:06
"Prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
 
O qeyd edib ki, sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır. Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etidirilməsinin, "ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətindən danışıb.
 
Dövlət başçısı bildirib ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol