• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Georgi Nikolovun Azərbaycandan çıxışına qadağa qoyulub

Georgi Nikolovun Azərbaycandan çıxışına qadağa qoyulub
12.10.2015 18:41
"Mən Azərbaycan Beynəlxalq Bankı ilə bağlı məsələdə şahid qismində çağırılmışam. Şahid olduğumdan ölkəni tərk edə bilmirəm".

Apasport.az-ın məlumatına görə, bunu Bakının "İnter” klubunun prezidenti Georgi Nikolov Bolqarıstanın trud.bg saytına müsahibəsində deyib. 
 
O bildirib ki, bu işlə bağlı ittiham olunmur: " Azərbaycan DİN-dən mənə şahid olduğumu və burada qalmağımın zəruriliyini deyiblər".
 
G. Nikolov qeyd edib ki, Bolqarıstanla Azərbaycan arasında hüquq və məhkəmə sahəsində əməkdaşlıq haqda anlaşma olduğuna görə, o, Bolqarıstandan da şahidlik edə bilər.

Klub prezidenti Azərbaycanda qalma müddətinin başa çatdığını da xatırladıb: "Belə olanda vəziyyət mürəkkəbləşir. Gedə də, qala da bilmirəm. İki gün əvvəl vizanın uzadılması üçün sənədlərimi miqrasiya orqanlarına təqdim etmişəm. Amma mənə icazə verilib-verilməyəcəyi bilinmir".

 
Hələ də vəzifəsini icra etdiyini deyən Nikolov  yaxın müddətdə klubun sahibinin dəyişəcəyini də qeyd edib: "Bu proses yaxın müddətdə başa çatacaq. Onda klubun yeni sahibi təzə komanda ilə çalışmaq istəyə bilər. Belə olanda mənim getməkdən başqa yolum olmayacaq".
 
Problemlərlə bağlı avqustun əvvəlində Bolqarıstanın Bakıdakı səfirliyinə müraciət etdiyini deyən Nikolov səfir Mayya Xristovanın bacardığı köməyi edəcəyini bildirdiyini xatırladıb: "O, məsələ haqda Sofiyaya – Xarici İşlər Nazirliyinə məktub göndərib. Hələ də nəticəsini gözləyirəm".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
09:31
"Qarabağ" klubu Hollandiya mətbuatında
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
09:15
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
“Bakı 2015” biletini necə əldə etmək olar?
06:59
“Bakı 2015” biletini necə əldə etmək olar?
Həftənin ən gözəl qolları - VİDEO
06:46
Həftənin ən gözəl qolları - VİDEO
“Qarabağ” uduzdu
06:45
“Qarabağ” uduzdu
Zabit Səmədov məşhur idmançı ilə döyüşə çıxacaq - VİDEO
06:43
Zabit Səmədov məşhur idmançı ilə döyüşə çıxacaq - VİDEO
Nurlan Novruzov:
06:42
Nurlan Novruzov: "Bizə hambal kimi niyə baxırlar?"
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları - SİYAHI
06:41
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları - SİYAHI
Riçard Almeydanın mükəmməl qolu - Video
06:40
Riçard Almeydanın mükəmməl qolu - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol