• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Dövlət Komitəsi məscid tikintisinin dayandırılmasına aydınlıq gətirdi

Dövlət Komitəsi məscid tikintisinin dayandırılmasına aydınlıq gətirdi
14.10.2015 11:59
 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şəmkir rayonunda məscid tikintisinin dayandırılmasına aydınlıq gətirib. 

Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Şəmkir rayonu, Zəyəm kəndində məscid tikintisinə icazə verilməsi və ya bu məqsədlə torpaq sahəsi ayrılması ilə bağlı indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət daxil olmayıb: "Eyni zamanda, Zəyəm kəndinin hansısa sakini öz həyətyanı sahəsində və ya pay torpağında ibadət evinin tikintisinə icazə verilməsi ilə bağlı fərdi qaydada Dövlət Komitəsinə müraciət etməyib. Buna görə də, yerli icra hakimiyyəti orqanı haqlı olaraq qanunauyğun şəkildə tikintini dayandırıb".

Dövlət Komitəsindən bildirilib ki, istənilən obyektin, o cümlədən dini ibadət yerinin tikintisi mövcud qanunvericilik əsasında aparılmalıdır. Bu, hüquq məsələsi olmaqla yanaşı, həm də mənəviyyat, halallıq məsələsidir. Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi haqqında normativ sənədlər var və bütün proseslər bu təlimata uyğun aparılmalıdır".

Məlumatda qeyd olunub ki, indiyədək, dövlət qurumları ölkədə ibadət evlərinin tikintisinə hansısa məhdudiyyət qoymayıb. Əksinə, ibadət evlərinin inşasına və bərpasına daim dövlət tərəfindən diqqət göstərilib. Son 10 ildə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları əsasında onlarla məscid inşa edilmiş və ya əsaslı bərpa olunaraq dindarların istifadəsinə verilmişdir. Bu fakt deyilənlərin əyani təsdiqidir.

Şəmkir rayonu Zəyəm kəndində mövcud faktla əlaqədar onu da bildiririk ki, tikinti işləri dayandırılıb və hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır". 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Cəmiyyət 23:21
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Xankəndidə bayram konserti keçirilib
Cəmiyyət 21:30
Xankəndidə bayram konserti keçirilib
Masazırda ev yanıb - Yenilənib
Cəmiyyət 20:02
Masazırda ev yanıb - Yenilənib
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Cəmiyyət 18:56
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Cəmiyyət 18:07
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib
Cəmiyyət 17:51
Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Cəmiyyət 17:36
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:57
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Cəmiyyət 16:41
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol