• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Özbəklər yığılan pambığı yenidən kollara niyə yapışdırıblar?

Özbəklər yığılan pambığı yenidən kollara niyə yapışdırıblar?
14.10.2015 17:36
Xəbər verilir ki, yerli hakimiyyət bununla tarlalardakı "pambığın bolluğu” ilə baş nazirin qarşısında öyünmək istəyib.

Özbəkistanda Fərqanə vilayətinin icra hakimiyyəti baş nazirin mümkün gəlişinə hazırlıq olaraq adamlara yığılmış pambığı yenidən kollara yapışdırmaq göstərişi verib.

Xəbər verilir ki, yerli hakimiyyət bununla tarlalardakı "pambığın bolluğu” ilə öyünmək istəyib.

AzadlıqRadiosunun Özbək xidməti xəbər verir ki, pambıq yapışdırılmağına yapışdırılıb, amma hörmətli qonaq gəlməyib.

Zəhmət batıb

Bu da xəbər verilir ki, baş nazir Şavkat Mirziyayevin gözlənilən səfəri ilə bağlı kənd yolları təmir edilib, abadlıq işləri görülüb.

Və bu zaman pambığı artıq yığılmış tarlalarda yenidən "pambıq çiçəkləyib”.

"Tarlada 400-dək kişi və qadın vardı. Yaxınlaşıb gördüm ki, əllərindəki yapışqanla kollara pambıq yapışdırırlar. Bu zaman bir nəfər yapışqanlayır, yanındakı isə pambığı yapışdırıdı” – deyib Kuştepe rayonundan adının çəkilməsini istəməyən sakin.

Başqa sakinlər də baş verənlərdən həm təəccüblənib, həm də qəzəbləniblər.

Karimov gələndə çiçəklər "açır”

Fərqanə vilayətinin adının çəkilməsini istəməyən bir rəsmisi isə AzadlıqRadiosuna deyib ki, deyilənlərdən xəbəri yoxdur. O bildirib ki, icra başçısı adamlara pambıq yapışdırmaq göstərişi verməyib.

Bununla belə, Özbəkistanda belə yüksək qonaqların gəlişinə əvvəllər də bu sayaq "hazırlıq” görüldüyü barədə xəbərlər olub.

2009-cu ildə Fərqanə vilayətinin pambıqçılarını yığılmış pambığı təkrar kollara yapışdırmağa məcbur etmişdilər. O vaxt "bol məhsullu” tarlalar prezident İslam Karimovun gözlərini oxşamalı idi.

Bu ilin mart ayında isə Karimovun Namanqana səfəri zamanı sakinlərə evlərinin damlarını qırmızıya boyamaq və ağaclara çiçək şəkilləri çəkmək tapşırılmışdı. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Dünya 11:02
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Dünya 10:51
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Dünya 10:51
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Prezidentin ad günü menyusunda fil və aslan əti
Dünya 10:35
Prezidentin ad günü menyusunda fil və aslan əti
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Dünya 09:43
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol