• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Asim Mollazadə Azərbaycanın dünyadakı önəmi və inkişaf strategiyasından danışdı

Asim Mollazadə Azərbaycanın dünyadakı önəmi və inkişaf strategiyasından danışdı
22.10.2015 18:31
Demokratik İslahatlar Partiyasının sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizliyi irəli sürülmüş Asim Mollazadə seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib. 

Qızlar Universitetində baş tutan görüşdə, millət vəkili öz seçicilərinə ötən beş il ərzində parlament fəaliyyəti barədə hesabat verib. 

Seçki platformasında prioritet təşkil edən məsələlərə toxunan Asim Mollazadə Azərbaycanın dünyadakı önəmi və inkişaf strategiyası barədə fikirlərini bildirib. Dünyada baş verən proseslər, neftin qiymətlərinin aşağı düşməsi səbəbindən yaranmış böhran, Qarabağ problemi ilə bağlı mövcud vəziyyət, bu  müstəvidə ordu quruculuğu,  ölkədə məmur probleminin aradan qaldırılması istiqamətində görülən işlər, elektron hökumətin və "ASAN xidmət” sisteminin üstünlükləri barədə fikirlərini seçicilərlə bölüşüb.

Son illərdə Nəsimi rayonunda yerləşən təhsil ocaqlarında aparılan islahatlardan, məktəb və universitetlərin binalarının təmir edilərək təhsil üçün yararlı hala salınmasından, təhsilimizin Boloniya sisteminə inteqrasiyasının əhəmiyyətindən bəhs edib. Azərbaycan gənclərinin humanitar sahələrə daha çox meylli olduqlarını qeyd edən millət vəkili, ölkəmizdə texniki sahənin mütəxəssislərinə, güclü mühəndislərə, İT sahəsinin peşəkarlarına böyük ehtiyac olduğunu bildirib. Ölkə gənclərini peşə seçiminə diqqət etməyə, dünyadakı rəqabətlə ayaqlaşacaq səviyyədə hazırlıqlı olmağa çağırıb.

Seçicilərin təhsil, evlərin sənədləşdirilməsi, gənclərin işlə təmin olunması ilə bağlı suallarını cavablandırıb.

Seçicilər də öz növbələrində Asim Mollazadəyə həmişə onları maraqlandıran məsələləri parlamentin gündəminə gətirdiyinə görə təşəkkür ediblər. Asim Mollazadənin ölkəmizdə təhsilin inkişafı, səhiyyə sisteminin islahatları, Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə müdafiəsi  istiqamətində  fəaliyyətini yüksək qiymətləndiriblər.
 






 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
09:29
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
DİP seçkilərlə bağlı hesabatını açıqladı
17:16
DİP seçkilərlə bağlı hesabatını açıqladı
16:53
"Seçkiləri boykot edən partiyalar seçkilərdə iştirak etsəydi, daha yaxşı olardı"
Ayaz Mütəllibov:
13:45
Ayaz Mütəllibov: "Bu, Müsavat Partiyasının manipulyasiyalarından biridir"
Gürcüstan Rusiyaya niyə boylanır? - EKSPERT
11:27
Gürcüstan Rusiyaya niyə boylanır? - EKSPERT
Asim Mollazadə Azərbaycanın dünyadakı önəmi və inkişaf strategiyasından danışdı
18:31
Asim Mollazadə Azərbaycanın dünyadakı önəmi və inkişaf strategiyasından danışdı
Azərbaycanda hansı qadınlar icra başçısı olub? - SİYAHI
13:21
Azərbaycanda hansı qadınlar icra başçısı olub? - SİYAHI
Hansı partiya nə vaxt dövlət qeydiyyatına alınıb? - SİYAHI
19:32
Hansı partiya nə vaxt dövlət qeydiyyatına alınıb? - SİYAHI
Azərbaycanda 20 ildir deputat olanlar yenidən namizədliklərini irəli sürəcəklərmi? - SORĞU
12:55
Azərbaycanda 20 ildir deputat olanlar yenidən namizədliklərini irəli sürəcəklərmi? - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol