• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Qızların təhsildən erkən ayrılmasına dair layihə yekunlaşıb

Qızların təhsildən erkən ayrılmasına dair layihə yekunlaşıb
25.10.2015 19:36
"Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsinə yekun vurulub.

Layihə çərçivəsində Qax, Quba, Xaçmaz, Masallı rayonlarında, Bakı şəhərində və bir sıra Bakı kəndlərində qız uşaqlarının təhsildən erkən ayrılması probleminin qarşısının alınması məqsədilə maarifləndirmə kampaniyaları və ictimai müzakirələr təşkil edilib.  Problemin yaranma səbəblərinin araşdırılması məqsədilə sorğular,  Qax məktəblilərinin iştirakı ilə "İşıqlı gələcək üçün oxu” – qızları təhsilə çağırış fləşmobu keçirilib.

Layihənin icrası ilə əlaqədar müvafiq məlumatlar, fləşmobu əks etdirən videoçarx ölkə KİV-ləri və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılıb.  
 
Sorğular və ictimai müzakirələr nəticəsində əldə olunan məlumatların, problemin həllinə dair ictimaiyyətin fikir və təkliflərinin Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası başda olmaqla, müvafiq dövlət qurumlarına təqdim edilməsi nəzərdə tutulub. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol