Şeyx FİFA-da prezidentliyə rəsmən namizəd oldu
FİFA-da prezident seçkiləri 2016-cı ilin fevralında keçiriləcək
Dünyanın ali futbol qurumunun prezidenti olmaq qərarına gələn Asiya Futbol Konfederasiyasının (AFC) rəhbəri şeyx Salman bin İbrahim əl-Xəlifə seçkilərdə iştirak etmək üçün sənədlərini FİFA nümayəndələrinə təqdim edib. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, namizədlərin qeydiyyatı bu gün başa çatacaq.
Yeni prezidentinin adına isə gələn il, fevralın 26-da aydınlıq gələcək.
Əl Xəlifə Bəhreyn kral nəslindəndi. O, 2002-ci ildən AFK-nın prezidenti kimi fəaliyyət göstərir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox